Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009 / 14:07

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru aprelin 16-da saat 12.00-da Milli Televiziya və Radio Şurasında (MTRŞ) seçiləcək. Bu barədə  İctimai Televiziya və Radio Yayımları Şurasının sədri Cahangir Məmmədli bildirib.

Onun sözlərinə görə, bu gün İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə sənədlərini təqdim edən İTV-nin səlahiyyət müddəti başa çatmış baş direktoru İsmayıl Ömərov , ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov, İTV-də fəaliyyət göstərən “Carçı” telefilmin direktoru Azad Məmmədovla Yayım Şurasının üzvlərinin görüşü keçirilib: “Namizədlərin hər birinə onların xarakterini, peşə bacarıqlarını, İTV-də nəyi dəyişmək istədiklərini müəyyənləşdirmək, İTV-nin idealları, prinsipləri ilə bağlı suallar verildi. Çox səmimi söhbət oldu. Görüşün sonunda Bəhruz Məhərrəmov öz namizədliyini geri götürdü.

 Beləliklə də İTV-nin baş direktorunu seçmək üçün cəmi iki iştirakçı – İsmayıl Ömərov və Azad Məmmədov qalıb”. Qeyd edək ki, İTV-nin baş direktorunu seçmək üçün İctimai Televiziya və Radio Yayımları Şurasının elan etdiyi müsabiqə martın 31-dən aprelin 7-dək davam edib.APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə