Azərbaycanda telefon qaçaqmalçılığı ilə mübarizə və mobil telefon oğurluğunun qarşısını almaq məqsədilə telefonların IMEI kodlarının məlumat bazası yaradılır (IMEI ingiliscədən ixtisarla Beynəlxalq Mobil Cihaz Eyniləşdirilməsi deməkdir).
Lent.az-ın məlumatına görə, məlumat bazası saxta və insanın sağlamlığı üçün zərərli telefonların ölkəyə qeyri-qanuni yolla gətirilməsinə, satılmasına və istifadə olunmasına son qoyacaq.
Qeyd edək ki, IMEI kodlarının məlumat bazasından bir çox Avropa ölkələrində, o cümlədən Türkiyə və Ukraynada istifadə olunur.
Azərbaycanda yaradılan IMEI kod məlumat bazasına hal-hazırda ölkədə olan və bundan sonra buraya yalnız rəsmi distributorlar tərəfindən gətirilən mobil telefonların IMEI kodları daxil ediləcək. Nəticədə qaçaq, oğurluq və ya qeydiyyatdan keçməmiş telefonları işlətmək mümkün olmayacaq. Çünki Azərbaycandakı heç bir mobil rabitə operatoru həmin telefonlara xidmət göstərməyəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri