Mobil rabitə operatorları “Azərfon” (NarMobile) və “Azərcell” arasında yaranmış problemlə əlaqədar bu gün məhkəmə prosesi keçirilib.
“Azərfon”un baş direktoru Gido Helbex jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Bakı 1 saylı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə prosesdə hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək “Azərfon”la “Azərcell” şəbəkələri arasında arabağlantının məhdudlaşdırılmasına yönələn hərəkətlər cavabdeh “Azərcell”ə qadağan edilib.
Baş direktor qeyd edib ki, “Azərcell”in iyulun 21-də yaydığı məlumatda qeyri-dəqiqlik olub və “Azərfon” bunları hədə hesab edir: “Buna görə də biz təcili məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq”.
Xatırladaq ki, iyulun 21-də “Azercell”in yaydığı açıqlamada qeyd olunurdu ki, “Azerfon” MMC-nin (NarMobile) hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi “Azercell”-in fəaliyyətinə ciddi zərər vurur.
Artıq bu borc 11 milyon manata çatıb və dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım atılmayıb. Xəbərdarlıq olunurdu ki, buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək və borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri