İsmayıl Ömərov «Eurovision» məsələsinin gündəliyə gətirilməsinin əleyhinədir

19-09-2009 / 12:58

İctimai Televiziyanın (İTV) rəhbəri İsmayıl Ömərov «Eurovision» mahnı müsabiqəsilə bağlı yenidən hansısa məsələnin gündəliyə gətirilməsinin əleyhinədir.

Xeberler.az bildirir ki, Azadlıq radiosunun yaydığı məlumata əsasən o, müsabiqə ilə bağlı səslənən iradlarla əlaqədar yarışmanın keçirilməsi üzrə məsul komitəyə – Nəzarət Qrupuna beş ay əvvəl məlumat verildiyini və məsələnin də bununla bitdiyini deyir:

«Ermənilər bu şikayəti may ayında vermişdilər. Biz də onun izahatını vermişdik. Avropa Yayım Birliyi (EBU) nə qərar çıxarmışdı, biz də razılaşmışdıq».

Eurovision mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə - Nəzarət Qrupu yarışma vaxtı İTV-nin Ermənistan musiqiçilərinin SMS nömrəsinin üstünü örtməsi ilə bağlı ittihamları müzakirə edib.

Qrup bildirib ki, əgər bu ittihamlar təsdiqlənərsə, televiziya cəzalandırılacaq.

Bundan əvvəl İTV AvropaYayım Birliyinə azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib.

İTV, 2 nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.

EBU İTV-nin yarışma vaxtı erməni müğənnilərinin SMS nömrəsinin üstünü örtməsi ilə bağlı son qərarını iki həftə ərzində açıqlayacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə