Ən dözümlü dizüstü kompüter hansıdır?

01-12-2009 / 19:05

SquareTrade adlı sığorta şirkəti maraqlı bir araşdırma aparıb.

Xeberler.az-ın verdiyi məlumata görə, dizüstü kompüter markaları arasında hansının daha az pozulma nisbətinə sahib olduğunu müəyyən edib.

Şirkət Acer, Apple, Dell, Asus, Gateway, HP, Lenovo, Sony və Toshiba markalarından cəmi 30000 ədəd dizüstü kompüteri təhlil edib, hansı markanın daha az pozulduğunu təyin etməyə çalışıb. Araşdırmada hər markadan ən azı 1000 məhsuldan istifadə edilib.

SquareTrade-nin əldə etdiyi nəticələrə görə, Asus bu mövzuda ən az çətinlik yaşadan marka xüsusiyyətinə sahibdir. İkinci sırada çox az bir fərqlə Toshiba var. Onu isə Sony izləyir. 3 il ərzində ən yüksək pozulma nisbətinə sahib olan marka isə HP-dir.

Araşdırmaya görə, HP dizüstü kompüterlərin 25,6%-i ilk 3 il ərzində pozulur. Araşdırmanın nəticələrinə görə, satın alınan dizüstü kompüterlərin 31 %-i ilk 3 il ərzində pozulur, ya da müxtəlif şəkildə zərər görür. Yaşanan hadisələrin üçdə ikisi təchizat problemlərindən qaynaqlanır, üçdə birinin isə qəza nəticəsində korlandığı göstərilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə