ABŞ-da fərdi kompüterlərin tədarük həcminin azalmasına baxmayaraq “Apple” şirkəti öz mövqeyini qorumaqla yanaşı, daim satışı artırmaqda davam edir. Bu barədə “Gartner” analitik şirkətinin məlumatında deyilir.
Xəbərlər "4PDA” saytına istinadən məlumat verir ki, şirkətin hesablamasına görə, cari ilin birinci rübündə ABŞ istehsalçısı 1,7 milyon fərdi kompüter tədarük edib, halbuki 2014-cü ilin analoji dövründə bu göstərici 1,5 milyon qurğuya bərabər olub. Eyni zamanda 2015-ci ilin birinci rübündə ABŞ-da fərdi kompüterlərin ümumi tədarükü 2014-cü ilin birinci rübü ilə müqayisədə 1,3 faiz azalıb. “Gartner”in qiymətləndirməsinə görə, ötən rübdə fərdi kompüterlərin ümumi tədarük həcmi ötənilki 14 milyonla müqayisədə 13,9 milyon qurğu təşkil edib.
Bu ilin birinci rübünün yekunları üzrə “Apple” fərdi kompüterlərinin bazar payı 12 faiz olub ki, bu da ötən ildən 1,1 faiz çoxdur. “Apple” həmçinin ABŞ-da “HP” və “Dell” şirkətlərindən sonra üçüncü fərdi kompüter tədarükçüsüdür.
2015-ci ilin birinci rübündə “HP” 3,6 milyon kompüter tədarük edib və yerli bazarda 26,1 faizə sahibdir. Sonrakı yerdə 3,2 milyon qurğu və 23,2 faizlik bazar payı ilə “Dell” istehsalçısı qərarlaşıb. Bundan əlavə, 2015-ci ilin birinci rübünü il ərzində tədarükü müvafiq olaraq 13,5 və 10,8 faiz artan "Lenovo” və “ASUS” şirkətləri üçün uğurlu olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri