AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların - .az domeninin qeydiyyatının tənzimlənməsindəki ciddi problemlər və onların aradan qaldırılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.
Məktubda milli internet ünvanların qeydiyyatı sahəsində uzun müddət dən bəri davam edən dözülməz vəziyyətə diqqət yönəldilib. Müraciətdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun yaradılmadığı, bu istiqamətdə səylərin göstərilmədiyi, tənzimləmə prosesində əlaqədar qurumların iştirakının təmin edilmədiyi bildirilib. Bütün bunların nəticəsində isə ölkədə .az domeninin qeydiyyatı prosesində ciddi qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına yol verildiyi, beynəlxalq normalara uyğun online qeydiyyat sisteminin yaradılmadığı bildirilib.
Məktubda son dövrlərdə bəzi RİTN rəsmiləri tərəfindən bir sıra domen adlarının qeydiyyatına məhdudiyyətlər qoyulması ilə bağlı İNTRANS şirkətinə ünvanlanan məktubun da vəziyyəti daha da pisliyə doğru dəyişdirdiyi qeyd edilib. Əlaqədar qurumların iştirakı təmin edilmədən RİTN-nin qeydiyyat prosesinə qeyri-qanuni müdaxiləsinin bürokratiya və hətta korrupsiya üçün zəmin yaratdığı vurğulanıb.
Məktubda   milli internet ünvanların qeydiyyatının Telekommunikasiya haqqında  qanunda və beynəlxalq normalarda nəzərdə tutulduğu qaydada legitimləşdirilməsi istiqamətində addımlarım atılmasının vacibliyi qeyd edilib. Müraciətdə bu məsələnin internet ictimaiyyəti üçün kifayət qədər ciddi əhəmiyyət kəsb etməsi, problemin həlli  istiqamətdə artıq ictimai müzakirələrə başlanılması,  AİF üçün  bu problemin cari ildə prioritet olması vurğulanıb.
Müraciətdə tənzimləmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulduğu qaydada əlaqədar qurumların müəyyən edilməsi, razılaşdırılmış Əsasnamə Layihəsinin hazırlanması, əlaqədar qurumların iştirakı ilə tənzimləyici ictimai bir qurumun formalaşması prosesinə start verilməsinin zəruriliyi qeyd edilib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları