Mozilla qrupu "Firefox-4" brauzerini istifadəyə verməyə hazırlaşır. Qrup təqdimat mərasimində yeni hədəflərini açıqlayıb. Rəhbərlik istifadəçilərə aşağıda göstərilənləri vəd edir :
1. Ən sürətli brauzer Firefox olacaq
2. HTML 5 kimi son texnologiyaları dəstəkləyəcək
3. İstifadəçiləri öz brauzerlərini istədikləri kimi xüsusiləşdirə bilmələri təmin ediləcək və onlara fərqli bir internet təcrübəsi təqdim ediləcək.
Xatırladaq ki, brauzer bazarında əhəmiyyətli yerə sahib olan "Firefox" son vaxtlarda üzləşdiyi problemlərlə az miqdarda da olsa istifadəçisini itirməyə başlayıb. Buna səbəb "Firefox"un tutulmaları və çökmələridir. Mozilla birliyi uzun müddətdir bu çətinliyin həll yolunu tapa bilmirdi. Nəhayət, “Firefox 4”-ün sayəsində bu problemə son qoyulacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları