Azərbaycan tarixi kitablarının elektron versiyasının təqdimatı keçirilib

17-06-2010 / 08:51
"Bu gün dünyada amansız bir informasiya müharibəsi gedir. Azərbaycan bu müharibənin mərkəz hissələrində dayanır. Bizə qarşı olan bu müharibə ədalətsiz müharibədir." Bu sözləri çərşənbə günü Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Prezident Kitabxanasında keçirilən Azərbaycan tarixi kitablarının elektron versiyasının təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixi, o cümlədən Qarabağ və Naxçıvanın tarixi ilə bağlı bir çox adda kitablar nəşr olunub və ermənilər bu kitablarda yazılanlara qarşı heç bir iddia irəli sürə bilmirlər. Çünki orada yazılanların hamısı tarixi faktlara əsaslanır.
Kitabxananın direktoru Mayıl Əhmədovun bildirdiyinə görə, AMEA-nın Tarix İnstitutunun 2004-cü ildən bu günə kimi Azərbaycan tarixinə aid nəşr etdirdiyi 845 adda kitabdan 100-dən çoxunun elektron variantı hazırlanıb və kitabxananın saytında (www.preslib.az) yerləşdirilib.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə