Previous Next
Bağla

Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

17-12-2015 13:16
Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

Bu gün Azərbaycanın ilk veb-saytı - www.science.az 20 yaşını qeyd edib.

Xeberler.az-ın məlumatına görə, İnformasiya Texnologiyaları İnstitutunda  AMEA-nın www.science.az rəsmi veb-portalının 20 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Yubiley tədbirində science.gov.az portalının 20 il ərzindəki fəaliyyətinə, Azərbaycan elminin işıqlandırılması istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salınıb.

əlumatına görə, saytın 20 illik yubileyinə həsr olunmuş tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirib. Bundan əlavə, Azərbaycanda ilk elmi internet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğulayıb.

Akif Əlizadə meqaportalın təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk internet-jurnalistika məktəbi olduğunu söyləyib: “Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə internet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün “elektron-Əkinçi”sidir”.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, internet-medianın ilk nümunələrinin XX əsrin sonlarına təsadüf edib. Alim Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini deyib: “Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı”.

Rasim Əliquliyev bildirib ki, milli mətbuatımızın bünövrəsini Əkinçi qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının Əkinçi-si, ilk qaranquşu hesab olunur və ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.

Bu il yeni texnologiyalar tətbiq olunmaqla yeni versiyası hazırlanmış portalın ölkənin mətbuat tarixi və İnternet-media məkanında rolu qiymətləndirilib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015

Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

10-01-2019

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016

Science.az portalı 25 illik yubileyini qeyd edir

13-06-2020

Online jurnalistika məktəbi 20 illiyini qeyd edəcək

06-03-2015

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

26-05-2021

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

08-04-2020

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə