HP biznes-smartfon buraxmağı planlaşdırır

06-10-2008 / 17:00
Hewlett-Packard korporativ sahədə istifadə üçün smartfon buraxaraq, sürətlə artan mobil biznes-qurğular bazarında yer tutmaq istəyir. Şirkət telefonun yayılmasında heç bir məhdudiyyət qoymaq fikrində deyil. Alıcılar onu satışa çıxan kimi əldə edə bilərlər.
Məlumdur ki, məhsul ilk olaraq Avropada satışa çıxacaq və Apple və Research in Motion sxemindən istifadə edən mobil operatorlar mağazalarında satılacaq.
Smartfon iPaq brendinin adı altında çıxacaq və Windows Mobile 6.1 əsasında işləyəcək. Üstünlüyü elektron poçt  və veb-saytlarla iş imkanlarının genişliyidir.
HP iPaq 2008-in dekabrından Avropa bazarlarında, 2009-cu ildən isə bütün dünyada satışda olmalıdır. HP-nin Amerakada qeydiyyatda olmasına baxmayaraq, satış Avropadan başlayacaq. Çünki iPaq ABŞ-a nisbətən Avropada daha çox tanınır. Satış qiyməti və şərtləri hələ məlum deyil.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə