Sony Errison X1 Xperia smartfonlarını təqdim edir

30-09-2008 / 15:49
Bu gün Sony Ericsson rəsmi olaraq X1 Xperia smartfonlarının satışına başlayıb. Smartfon 528 MHs tezlikli Qualcomm MSM7200 prosessoru ilə, 800 x 480 sensor displeylə, AGPS, WLAN, USB, Bluetooth və QWERTY klaviaturası ilə təchiz olunub.
Şirkət telefona mp3-pleyer, FM radio, 3 meqapiksel avtofokuslu kamera da əlavə edib. 400 Mb daxili yaddaş, micro-SD üçün yer də mövcuddur. Ölçüləri 110 x 53 x 17 mm, çəkisi 158 qr-dır.
Smartfon Almaniya, İsveç və Böyük Britaniyada bu gün artıq satışda olmalıdır. Digər Avropa ölkələri isə smartfonları cari ilin dördüncü rübündə əldə edə bilərlər. ABŞ da daxil olmaqla başqa ölkələr telefonları 2009-cu ildə satışda görəcəklər.
Qiymət barədə isə məlumat verilmir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə