Milli Net-2010 qeydiyyat prosesi başladı

01-10-2010 / 17:38

Bu gündən başlayaraq Milli Net 2010-a start verilib. Artıq Qeydiyyat prosesi gedir və Milli internet resurs sahibləri  saytlarını  və Layihələrini  təqdim etməyə başlayıblar.

Milli Təşkilat Komitəsi əvvəlcədən məlumat  verildiyi kimi iştirakçıların Milli Net 2009 -da istifadə etdikləri istifadəçi adı və şifrənin yenidən  istifadəsinin mümkünlüyünü bildirib. Bu  gün hər bir istifadəçiyə ötən il sayta giriş üçün istifadə etdiyi loqin və şifrə göndərilib.

Eyni zamanda Təşkilat Komitəsi tərəfindən 14 Nominasıyanın hər birisi üzrə izahedici açıqlama hazırlanıb və saytda yerləşdirilib.

Saytları və Layihələri təqdim edənlərin öz saytlarına  yerləşdirməsi  üçün müxtəlif ölçülü Milli NeT 2010 loqoları hazırlanmış və onların kodları saytda yerləşdirilib.
Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə