Mədəniyyət kanalının rəhbəri məlum oldu

04-01-2011 / 14:04

\"Mərkəz\"dən gedən Vüqar Qaradağlı kanal rəhbəri olacaq

2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə qalib gələrək Mədəniyyət kanalının acılmasına lisenziya qazanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yeni kanalın fəaliyyətə başlaması istiqamətində işləri sürətləndirib.

Əldə etdiyimiz məlumata görə, artıq Mədəniyyət kanalına kimin rəhbərlik edəcəyi də dəqiqləşib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən verilən məlumatda bildirilib ki, media sahəsində tanınmış sima olan Vüqar Qaradağlı Mədəniyyət kanalına rəhbər təyin edilib.
Qeyd edək ki, Vüqar Qaradağlı 2008-ci ilin noyabrından bu günədək “Mərkəz” qəzetində baş redaktoru postunu tuturdu.

V.Qaradağlı media sahəsində mühüm işlərdə çalışıb. 1999-cu il mayın 5-dən işıq üzü görən «Bizim əsr» və elə həmin il iyunun 4-dən nəşrə başlayan «Naş vek» qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan «Radio Lider»in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək).

Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. Məşhur diktorlar Aydın Qaradağlı ilə Gültəkin Cabbarlının kiçik övladıdır. Ailəlidir, iki övladı var. //modern.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə