«Bakcell» şirkəti «SMS Viktorina» kampaniyasına başladı

05-02-2011 / 16:22

 Azərbaycanın ilk mobil operatoru olan «Bakcell» şirkəti müştərilər üçün «SMS Viktorina» kampaniyasına start verib.

Şirkətdən verilən məlumata görə, kampaniya «Bakcell» abunəçilərinə «Porsche Cayenne» avtomobilini və digər qiymətli hədiyyələri qazanmaq imkanı yaradacaq.

«Cin», «Klass» və «Gold» fərdi abunəçiləri daxil olmaqla, bütün «Bakcell» abunəçiləri viktorinada iştirak edə bilərlər. Viktorinaya qoşulmaq istəyənlər 333 qısa nömrəsinə SMS göndərib, qısa suala cavab verərək hər gün 1 000 manat və hər həftə 2 000 manat qazanmaq imkanını əldə edəcəklər. Gündəlik və ya həftəlik hədiyyəni qazanmaq üçün abunəçi gün və ya həftə ərzində ən azı 1 SMS göndərməlidir. Kampaniya müddətində ən çox SMS göndərən abunəçilərin «Porsche Cayenne» avtomobilini qazanmaq şansları artır.

Qeyd edək ki, «SMS Viktorina» 70 gün ərzində davam edəcək və bu ilin aprel ayının 11-də başa çatacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə