Gələn il serialların çəkilməsi üçün ayrılan vəsait artırılacaq

01-11-2011 / 12:50
Milli Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya filmlərinin və teleserialların çəkilməsi üçün 300 min manat vəsaitin ayrılması ilə bağlı artıq bir neçə telekanalla müqavilə bağlayıb.

Bu barədə  MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, artıq “Xəzər”, “ATV”, “Spase” və İctimai Televiziya ilə belə müqavilələr bağlanıb. Digər kanallarla bağlı da yaxın günlərdə müqavilələr imzalanacaq.

N. Məhərrəmli deyib ki, bu həftə MTRŞ maliyyə məsələləri ilə bağlı sənədləri hazırlayacaq, bundan sonra Maliyyə Nazirliyi həmin vəsaiti kanallara ödəyəcək: “Artıq bəzi kanallar daxili imkanları hesabına bu işə başlayıb. Serialların ilk 4 bölümü çəkiləndən sonra bölümlərə yaradıcı heyətlə birgə baxış keçiriləcək, müəyyən qiymətləndirmələr aparılacaq”.

Şura sədrinin sözlərinə görə, ayrılan məbləğ ilkin vəsaitdir. Dekabr ayında bu proses ozünün daha aktiv fazasına daxil olacaq. Ölkə prezidenti tərəfindən milli televiziya filmlərinin və serialların çəkilməsi üçün ayrılan 5 milyon manat vəsaitin qalan hissəsi də tədricən telekanalların hesabına köçürüləcək: “Bu, 2011-ci il üçün ayrılan vəsaitdir. Ola bilər ki, bu vəsaitin bir hissəsi gələn ilə də keçsin. Amma gələn il vəsaitin daha da artırılması nəzərdə tutulur. Bundan sonra MTRŞ telekanallarda xarici filmlərlə bağlı qərar verə bilər”.

Regional televiziya kanallarına da milli televiziya filmləri və serialların çəkilməsi üçün vəsaitin ayrılıb-ayrılmayacağına gəlincə, MTRŞ sədri hələlik bunun mümkün olmadığını deyib: “Regional kanalların texniki bazası çox zəifdir. Serialların çəkilməsi ilə bağlı problemləri yarana bilər. Telekanallarla bağladığımız müqavilədə belə bir bənd var ki, dövlət televiziya filmlərinin mülkiyyətçisi kimi ondan öz ehtiyacları üçün istifadə edə bilər. Mən telekanalların rəhbərləri ilə də danışmışam. Çəkilişlər qurtarandan sonra biz o serialları çox cüzi qiymətə və ya vəsait ödəmədən regional kanallara da verəcəyik ki, onlar da ondan istifadə edə bilsinlər. Çox cüzi qiymət deyəndə, həmin serialın saxlanmasına və yenilənməsinə çəkilən xərclər nəzərdə tutulur”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə