“B&B TV” şirkəti Azercell-dən dövlət qurumuna şikayət etdi

19-11-2011 / 00:26
“BB&TV Kommunikeşyn” MMC-nin direktoru S.Babeyeva Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Salman Hüseynova “Azərcell Telekom” MMC-dən şikayət edib.

“BB&TV Kommunikeşyn” MMC-nin müraciətində bildirilib ki, “Azərcell Telekom” MMC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qəraaddını nəzərə almayaraq 1965-1980 MHz və 2155-2170 MHz tezlik zolağında 3-cü nəsil (3G) mobil xidmətlərinin tətbiqinə başlayıb. Bu tezlik “BB&TV Kommunikeşyn” MMC-nin istifadəsindədir.

“Bunun nəticəsində “BB&TV Kommunikeşyn” MMC-nin efir kabel televiziya xidmətinin normal şəkildə göstərilməsində maneələr yaranıb və bu, bütün “BB&TV Kommunikeşyn” MMC-nin abunəçilərinin etirazına səbəb olur. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq sizdən xahiş edirik ki, bu qanun pozuntusunun tez bir zamanda aradan qaldırılmasında bir tədbir görəsiniz”-deyə “BB&TV Kommunikeşyn” MMC-nin direktoru S.Babayeva Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinə göndərdiyi şikayətdə bildirib.

Modern.az saytının məlumatına görə, “BB&TV Kommunikeşyn” MMC şikayətinə 1saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qərardadını da əlavə edib. Qərardada deyilir ki, «B&B TV»nin istifadəsində olan tezliklə bağlı mübahisə həll edilənədək Radiotezliklər üzrə Dövlət Komissiyasına bu tezliyin «B&B TV»dən alınmasına yönəlmiş işlərin aparılması qadağan edilir.

Qeyd edək ki, Rabitə və İnformasita Texnologiyaları Nazirliyi bir müddət öncə "Azercell” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün “B&B TV” şirkətinin istifadəsində olan tezliyi ayırıb.

"Azercell” şirkəti bu gün öz abunəçilərinə göndərdiyi SMS-lərdə bildirib ki, 3G ximətlərinin tətbiqinə başladığını bəyan edib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə