Bu ilin may ayından etibarən İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq.
Şəbəkədə daxili data mərkəzi, milli axtarış sistemi, milli “windows”, milli e-mail tezliklə yaradılacaq.
“İCTnews” elektron xəbər xidmətindən əldə edilən məlumata əsasən, bunu İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur söyləyib. Onun sözlərinə görə, şəbəkənin hələlik birinci fazası işə salınacaq: “İlin axırınadək isə ikinci faza da fəaliyyətə başlayacaq.
R.Tağıpur deyib ki, hazırda qlobal internetin zərərli tərəfləri çoxdur: “Bu da insanların mədəniyyətinə və əxlaqına mənfi təsir göstərir. Ona görə də bu, bir çox ölkələri buna alternativ internet şəbəkəsi yaratmağa məcbur edir”.
Xatırladaq ki, “milli internet” əvvəlcə Çində və Şimali Koreyada yaradılıb və fəaliyyət göstərir. İran internetin sürətinə görə isə 170 ölkə içərisində 164-cü yeri tutur. Eyni zamanda bu ölkədə internetdən istifadəyə görə ödənilən məbləğ dünyanın bütün ölkələrindəki qiymətlərdən daha bahadır. İran ərazisində internet istifadəçilərinin 84 faizi şəbəkəyə telefon vasitəsilə qoşulur.
Məlumatlara görə, ölkənin 75 milyonluq əhalisinin yalnız 11 milyonu bu sistemdən yararlana bilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri