İnternetə girişin orta sürəti bütün dünyada 14% azalıb

20-05-2012 / 19:15
Akamai şirkətinin analitik qrupu 2011-ci ilin 4-cü rübü üzrə dünyanın müxtəlif ölkələrində internetin sürəti ilə bağlı hesabat dərc edib. 
Analitiklərin fikrincə, ötən ilin son üç ayı ərzində demək olar ki, bütün dövlətlərdə internetə girişin orta sürətində nəzərə çarpacaq zəifləmə müşahidə olunub. Dünyada internetə qoşulmanın sürəti 3-cü rübün göstəriciləri ilə müqayisədə orta hesabla 14% aşağı düşərək 2,3 Mbit/s. təşkil edib. 
İnternetə girişin orta sürətində zəifləmə dünyanın 93 ölkəsində müşahidə olunub, artımı isə yalnız 43 ölkədə. 
Qeyd edək ki, internetə girişin sürətində zəifləmə müşahidə olunan ölkələr arasında inkişaf etmiş ölkələr də var. 
Bundan başqa, zəif sürət göstəricilərinin sayı getdikcə artmaqda davam edir. Belə ki, sürəti 256 kbit/s.-dən çox olmayanların sayı bütün internetə qoşulmaların 2,5%-ni təşkil edib. Bu, 2010-cu ilin 4-cü rübündən 37% aşağıdır. Lakin analitiklər sürət azalmalarının səbəbini izah etmirlər. 
Ötən il olduğu kimi internetə giriş sürətinin yüksək göstəricisi üzrə lider Cənubi Koreya olub. Bu ölkədə girişin orta sürəti 17,5 Mbit/s.-dir. Bu isə 2010-cu ilin göstəricilərindən 28% çoxdur. İkinci pillədə Yaponiya, üçüncü pillədə isə Honkonq  qərarlaşıb. 
Akamai-nin hesabatında Azərbaycan qeyd olunmayıb. Lakin Delta Telecom şirkətinin məlumatına görə, Azərbaycanda ötən il ərzində internetə girişin sürəti sabit qalıb. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə