Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012 / 14:08

Azərbaycan Internet Forumunun  prezidenti Osman Gündüz Avropa Parlamentində Avropa Komissiyasının dəstəyi ilə təşkil olunan “Rusiya və Şərq tərəfdaşlığı ölkələrində medianın vəziyyəti” ilə bağlı keçirilən toplantısında çıxış edib.

O, çıxışında adı çəkilən tədbirdə media azadlığının  vəziyyəti sahəsində Azərbaycanla bağlı deyilənlərə toxunub. Bu sahədə çıxışlarda deyildiyi kimi müəyyən problemlərin olduğunu vurğulayıb.  O, müəyyən işlə görülsədə ölkədə informasiya təhlükəsizliyi ilə bağlı problemlərin olduğunu diqqətə çatdırıb. Xüsusilə də müstəqil onlayn media  qurumlarının informasiya təhlükəsizliyi probleminin son dövrlərdə daha qabarıq göründüyünü qeyd edib. Bir sıra hallarda  müstəqil media  qurumlarının internet  resurslarının sıradan çıxarılması səbəbindən normal fəaliyyət göstərə bilmədiyi  qeyd edib. Bununla bağlı müstəqil media qurumları üçün təhlükəsiz internet mühitinin yaradılması istiqamətində Sərhədsiz Reportyorlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Johann Bihrin təklifinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb . Osman Gündüz  həmçinin onlayn media resurslarının dayanıqlı  fəaliyyəti üçün kadrların hazırlığı məsələsinə də diqqət yetirilməsinin vacibliyini bildirib.

Osman Gündüz  çıxışında ölkədə yeni medianın vəziyyətindən də danışıb. Son illərdə Azərbaycanda Yeni medianın ciddi inkişaf etdiyini vurğulayıb . Xeyli sayda müxtəlif yeni media subyektlərinin yarandığını bildirib. Bununla belə ölkədə yeni media bazarının tələblərinə cavab verən kadrların hazırlanması, peşəkarlıq və metodiki-informasiya dəstəyi sahəsində problemlərin olduğunu diqqətə çatdırıb. O, hazırda  Universitetlərdə yeni medianın tədris proqramlarının  modernləşdiyini qeyd edib və tədris prosesini həyata keçirəcək kadrlara ciddi ehtiyac olduğunu bildirib. Avropa İnstitutlarının müstəqil yeni media qurumlarına dəstəyinin faydalı olacağını qeyd edib.

Osman Gündüz həmçinin dövlət orqanlarının nəzarəti altında olan və birbaşa dövlət qurumlarına tabe olan onlayn xəbər resurslarının yaradılması məsələsinə diqqət  yönəldib. Bu prosesin sonda müstəqil medianın inkişafına  ciddi xələl gətirəcəyini bildirib.

Osman Gündüz  çıxışında  son  günlərdə Azərbaycanda ciddi müzakirə mövzusu olan İnformasiya əldə edilməsi haqqında Qanuna təklif olunan dəyişiklik məsələsinə də toxunub.
O,  adı çəkilən qanunun  hazırlanmasında iştirak edən bir şəxs kimi bu Qanunun kifayət qədər  demokratik və liberal dəyərlərə söykəndiyini və Avropa Şurası ekspertlərinin də  müsbət rəy  verdiyini diqqətə çatdırıb.  O, kommersiya sirlərinin yayılmasının qarşısının alınması, fərdi və hüquqi şəxslərin təhlükəsizliyi adı altında informasiya əldə edilməsini məhdudlaşdırmağa yönələn dəyişikliklərin  ciddi problemlər yaradacağını bildirib. Bir sıra dövlət  rəsmilərinin adı çəkilən dəyişikliklərin beynəlxalq normalara uyğunluğu ilə bağlı fikirlərinə toxunan Osman Gündüz Avropa institutlarının bu dəyişikliklə bağlı qanun layihəsini araşdırmasını vacib sayıb. O, Avropa qurumlarının  bununla bağlı  müvafiq rəy verməsinin də faydalı olacağını bildirib.

Media  azadlığı ilə bağlı  Azərbaycana qarşı yönələn tənqidlərə toxunan Osman Gündüz  son dövrlərdə bu istiqamətdə bir sıra müsbət addımların atıldığını diqqətə çatdırıb . O Azərbaycanda internetin inkişafı , dövlət qurumlarının  informasiya açıqlığı və elektron hökumət quruculuğu istiqamətində atılan addımları, bloqqerlərin azadlığa buraxılmasını diqqətə çatdırıb. Son illərdə Azərbaycan İnternetinin, xüsusilə də sosial medianın kifayət qədər inkişaf etdiyini vurğulayıb. İnternet mediasının daha müstəqil olmasına toxunan Osman Gündüz  Azərbaycan İnternetinin sərbəst və açıq olduğunu, hər hansı siyasi və ideoloji senzuranın olmadığını diqqətə çatdırıb. Bununla belə Azərbaycan İnternetində keyfiyyət və əlçatımlıq problemlərinin olduğunu da bildirib.

Günel


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə