Previous Next
Bağla

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014 15:37
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib
Bu gün Park İnn Hotelində Azərbaycan İnternet Forumu (AİF),  RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib.

AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi və əhəmiyyəti haqında məlumat verib. O, ölkədə artıq İnternet media infrastrukturun formalaşdığını və son dövrlərdə daha da inkişaf etdiyini vurğulayaraq İnternet media resursların dayanıqlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.  O, hazırda İnternet media resurslarına metodiki, informasiya və texniki dəstəyin vacib olmasını diqqətə çatdırıb. Bu baxımdan yeni yaradılan ETM və Mətbuat Şurası ilə birgə tədbirin keçirilməsinin də bu sahənin həm dövlət və eləcədə qeyri-dövlət sektorunun diqqət mərkəzində olmasının və ölkə üçün aktuallığının göstəricisi olduğunu diqqətə çatdırıb.

Prezident administrasiyasının sektor müdiri Vüqar Əliyev çıxış edərək ölkədə son dövrlərdə İnternetin xeyli inkişaf etdiyini bildirib. İnternet media sektorunun və İnformasiya təhlükəsizliyi sahəsinin  inkişafının hökumətin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Bu baxımdan Prezident fərmanı ilə yeni yaradılan ETM-in  onlayn media qurumlarının təhlükəsiz və dayanıqlı fəaliyyətində mühüm rol oynayacağını bildirib. O, tədbirin birgə təşkilatçılığının də mühüm əhəmiyyət kəsb etdiyini,  adı çəkilən sahədə  işlərin daha uğurlu olması üçün  bu əməkdaşlığın xeyli faydalı olacağını vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək İnternet media sektorunun bu il  Mətbuat Şurası üçün prioritet sahəyə çevrildiyini bildirib. O, cari ilin “İnternet media” ili olaraq qəbul edildiyini vurğulayıb. İnternet medianın ölkənin bütöv media infrastrukturunda önəmli bir sahəyə çevrildiyini, əhalinin xeyli hissəsinin İnternet media vasitəsilə informasiya əldə etdiyini diqqətə çatdırıb. O, İnternet media sektorunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlaqədar qurumlarla birgə ciddi tədbirlərin müəyyən edildiyini bildirib.
 
RİTN yanında ETM-in  direktoru Faiq Fərmanov  çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü və gələcək fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırdı. O, artıq ETM-də Qaynar Xətt  sisteminin də işə salındığını bildirib.  O, belə bir tədbirin keçirilməsinin də maarifçilik və metodiki informasiya dəstəyi baxımından ciddi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə ETM-in sektor müdiri və AİF üzvü  Rəşad Əliyev “Kibertəhlükələr və onlardan qorunmaq yolları” ətrafında maraqlı təqdimatla çıxış edib.
Sonra mövzu ətrafında müzakirələr başlayıb. Müzakirələrdə  MŞ-nın Komissiya sədri  Elnur Baimov,  MŞ İdarə Heyətinin və AİF-in üzvü  Azər Həsrət,   MŞ İdarə Heyətinin üzvü və “İki sahil ” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, Aznwes.az  redaktoru Ramil Məmmədli, “Gənclərin Səsi” İnternet radiosunun redaktoru Azər Nəzərov, Vətəninfo.az resursunun reaktoru Nahid Canbaxışlı, MŞ sədrinin müavini Müşviq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının prezidenti Yadigar Məmmədli,  Mediaforum.az xəbər portalının redaktoru İsmayıl İsmayılov, AİF üzvü və ekspert Elşad Yusifoğlu və başqaları çıxış ediblər.
Çıxışlarda adı çəkilən mövzunun aktual olması, bu istiqamətdə artıq hökumət tərəfindən bir sıra addımların atıldığı diqqətə çatdırılıb.
 İnternet medianın təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə birgə tədbirlərin keçirilməsi vacib hesab edilib.
Tədbirdə xəbər portalları və saytlarının redaktorları, dövlət və qeyri-dövlət sektorunun nümayəndələri, müstəqil ekspertlər iştirak edib.
Dəyirmi Masadan hazırlanan foto-materiallar : https://www.facebook.com/media/set/?set=a.350969268375956.1073741847.159001754239376&type=1  
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

29-02-2012

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil

30-06-2011

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

22-12-2011

"Təhlükəsiz İnternet Günü" ilə bağlı tədbir keçirilib

08-02-2012

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.

04-03-2014

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014

İnternet - biznes sahəsində investisiya mühiti və milli Startuplar - KONFRANS

10-04-2013

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin adları açıqlandı!

19-12-2009

“Azərbaycanda internet mediası” mövzusunda dəyirmi masa

13-03-2013

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18-11-2011

“İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda Dəyirmi Masa keçirilib

02-06-2009

Gənclərin problemlərinin həllində KİV-in iştirakı müzakirə olunub

14-09-2009

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011

“İKT və Azərbaycan dilinin istifadəsi problemləri” müzakirə olundu

25-11-2009

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə