Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiq edilib.

06-09-2012 / 18:25
Prezident İlham Əliyev 2012-2015-ci illər üçün Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiq edib.

Sənədin preambulasında qeyd edilir ki, plan dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların hesabatlılığının təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi prinsiplərinə əsaslanır.
Sənəddə xatırladılır ki, Azərbaycan hələ 2011-ci ildə beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə qoşulub.
Plan əhalinin informasiya almasının asanlaşdırılmasını və bu məqsədlə informasiya verilməsinə görə məsuliyyət daşıyan dövlət qulluqçuları üçün treninqlər keçirilməsini nəzərdə tutur.

Bundan başqa, dövlət orqanlarının üzərinə müntəzəm olaraq internet-saytları vasitəsilə öz işləri barədə məlumat vermək, saytlarda illik hesabatlar yerləşdirmək öhdəliyi qoyulur.
Dövlət orqanlarına həmçinin müntəzəm olaraq mətbuat konfransları keçirmək və ictimaiyyətlə birbaşa əlaqələr qurmaq tapşırılır.
Həmçinin vətəndaş cəmiyyəti institutlarının qanun layihələrinin hazırlanması prosesinə cəlb edilməsi nəzərdə tutulur.
Dövlət orqanları həmçinin “açıq qapı” vətəndaş forumları keçirəcəklər.
Elektron xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, maliyyə nəzarəti orqanlarının fəaliyyətlərinin nəticələri haqqında müntəzəm hesabatlar vermək yolu ilə şəffaflığının artırılması nəzərdə tutulur.
Vergi orqanlarının fəaliyyəti MVF-nin vergi şəffaflığı məcəlləsinə uyğunlaşdırılmalıdır.
Həmçinin, mədən sənayesi sahəsində fəaliyyət göstərən QHT-lərlə, yerli və xarici şirkətlərlə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi haqqında illik hesabatların dərc edilməsi nəzərdə tutulur.

Bundan başqa, plan Açıq Hökumətin məqsədlərinə nail olunması üzrə tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi nəzərdə tutur.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə