Yeni medianın tədris modulları çap olunub

12-10-2012 / 13:00

Multimedia Mərkəzi tərəfindən hazırlanan  Yeni medianın tədris modulları kitabça formasında çap olunub.

Xeberler.az-ın məlumatına görə, tədris modullarını “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi hazırlayıb.

Layihə ABŞ - Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir.

Multimedia Mərkəzi bildirir ki, yeni medianın tədris modulları hazırlanarkən  beynəlxalq təcrübə öyrənilib, ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətləri araşdırılıb, hazırlanan modulların layihələrinin elmi və ictimai müzakirələri keçirilib.

Kitabçaya Universitetlərdə tədrisi nəzərdə tutulan Yeni mediaya giriş, Onlayn Jurnalistika, Multimedia Jurnalistika və Sosial Media fənnlərinin proqramları daxil edilib.

Proqramlar BDU və Azərbaycan Universitetlərinin elmi şuralarında müzakirə edilərək bəyənilib, sahə üzrə ekspertlər və peşəkarlar tərəfindən müsbət rəylər verilib.

Yeni medianın tədris modulları Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

Cari ayın sonlarında Yeni Medianın tədris modullarının təqdimatı nəzərdə tutulub.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə