Yollardakı vəziyyəti mobil qurğularla öyrənmək mümkündür

28-02-2013 / 11:23
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətinin rahatlaşdırılması məqsədilə mobil qurğular üçün proqram təminatını istifadəyə verib.
 
Apple iOS mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulan əlavəni pulsuz olaraq iTunes-da yükləmək mümkündür. Hazırda əlavə iPhone 3GS və yuxarı, iPod touch 3-cü nəsil və yuxarı, iPad qurğuları tərəfindən dəstəklənir.
 
Proqramı qurğusuna yükləyən istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar, habelə elanlar haqqında məlumatlar əldə edə bilər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə