Rabitə və Yüksək Texnologiyalar Nazirliyi noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatının ödənişli olduğunu elan edib. Yeni qaydalara əsasən, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı üçün 5 manat, sahibkarlıq fəaliyyəti məqsədi ilə olanlar üçün 0.20 manat müəyyən edilib.
Xeberler.az saytı Azərbaycan İnternet
Forumunun (AİF) prezidenti Osman Gündüzün
məsələyə münasibətini öyrənib.
Qaydalarda belə xərclərin nəzərdə
tutulmadığını bildirən AİF prezidenti qeyd olunan xərclərin qanuni olaraq əsaslandırılmadığını
söyləyib: “Artıq sistem qurulub, qaydalarda nəzərdə tutulan xərcləri də mobil
operatorlar ödəyib. Əgər mobil operatorlar avadanlıq, proqram təminatı, sistemlərinin
təhlükəsizliyi ilə bağlı xərcləri özləri
ödəyirlərsə, onda hər bir nömrədən alınacaq kifayət qədər böyük məbləğ - 5
manat nəyə yönələcək, hansı xərcləri ödəyəcək? Deməli vətəndaş 25 manat verib
telefon alacaq , onun da 20 faizini Rabitə Nazirliyinə verməlidir. Bu necə ola
bilər axı?
Bu sistem Dövlət Gömrük Komitəsinin
də sisteminə qoşulub və ölkəyə daxil olan telefonlarla bağlı məlumatlar elə
oradan da avtomatik formada alınıb emal olunursa, hansı əlavə xərclərdən söhbət
getməsi anlaşılmazdır”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri