“Yaxın gələcəkdə baş verə biləcək böyük bir müharibənin ilk gülləsi internetdə atılacaq” NATO rəsmisi R.Hugers
Kiber savaş dedikdə iqtisadi
ziyan vurma və ya müdafiə pərdəsini dağıtmaq mexanizmi olaraq, düşməninin
kompüter şəbəkəsini, gizlilik imkanlarını yararsız hala salınması anlaşılır.
Kiber savaş zamanı düşmən qarışıq yollardan yararlanaraq zərbə endirir, üstəlik
iz də buraxmır. Hərbi texnologiyanın da internetə bağlılığı sürətlə artır;
modern silahlar, düşmən yerini bildirən komplekslər və məxfi xəbər ötürmə
sistemləri internetlə idarə olunur.
Kiber müharibə terminini ilk dəfə
1976-cı ildə Pentaqon rəsmisi Andrev Marşal leksikona gətirilib. Kiber təhlükəsizliyinin
pozulması məlumatların kənar müdaxilə nəticəsində ələ keçirilməsi, məxfiliyin
pozulması, casus virusların vurduğu zərər, internetdə aparılan əks-təbliğat
kimi anlaşılır. Kiber savaşın mahiyyətini bilmək üçün “Estoniya olayı”nı
xatırlatmaq yerinə düşərdi: 2007-ci ildə Estoniyada II Dünya Müharibəsində
qalib gəlmiş Sovet İttifaqının rəmzi olan sovet əsgərinin heykəlinin sökülməsi
siyasi böhrana gətirib çıxardı. Estoniyanın ordu, elektron bank sistemi, hökumət
və media saytları tam çökdürüldü. Hücumun uğurunu Estoniyanın “kağızsız dövlət”
kimi qurduğu dövlət idarəçiliyini, yəni Elektron hökuməti bütövlükdə internetə
transfer etməsi ilə izah etmək olar.
Rus-gürcü müharibəsində Rusiya
hakerləri “ge” domeni ilə işləyən bütün saytlar dağıtdıldı. İranın da kiber
gücü danılmazdı, Tehranda ABŞ və İsraildən gələn internet hücumlarına qarşı
mübarizə üçün xüsusi mütəxəssis yetişdirən mərkəz fəaliyyət göstərir. İrandakı
Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzinin fəaliyyəti şəbəkələrin, məlumat
bazasının, veb-saytların monitorinqinə və müdafiəsinə yönəldilib. Hətta, Çinin
“2050-ci il elektron hakimiyyət” doktrinasında düşmənin elektron imkanlarını
darmadağın etmək planını qanuniləşdirərək gizli 80 minlik kiber ordu
formalaşdırıb.
Azərbaycanın 2007-ci ildə qəbul
edilmiş milli təhlükəsizlik konsepsiyasında kiber təhlükəsizliyin vacibliyi və
strateji əhəmiyyətinin kifayət qədər nəzərə alınmadığı duyulur. İngiltərənin
eks-naziri Gordon Brovn deyir ki, dövlətlərin böyük gücə sahib olması təkcə, dənizlərə
sahib olmaqla ölçülməməlidir, eyni zamanda internet üzərində də hakim olması şərtdir”.
Bu sahədə böyük təcrübəsi olan Estoniya ilə Azərbaycan arasında kiber təhlükəsizliklə
bağlı razılaşma əldə olunub: müdafiə sisteminin Rabitə və Yüksək Texnologiyalar
Nazirliyində və Müdafiə Nazirliyində qurulması planlaşdırılır.
Biz Rusiya, İran və Ermənistan
kimi kiber ölkələrlə əhatələnmişik və kiber müdafiə sistemi mütləq təşkil edilməlidir.
İrandan təşkil olunan hücumun dövlət və strateji əhəmiyyətli 40-a yaxın
saytımızın dağıtması ilə nəticələndiyi hər kəsə məlumdur. İsrailin kiber təhlükəsizlik
mütəxəssis İsaak Ben qeyd edir ki, “kiber savaş böyük bir gücə sahibdir və bir
ölkəyə zərbə vurmaq istəyirsinizsə, həmin ölkənin su və enerji mənbələrinə
qarşı kiber hücum təşkil edin. Kiber texnologiya bunu bir güllə belə istifadə
etmədən reallaşdırmaq gücünə sahibdir”. Ermənistanın müdafiə naziri Seyran
Ohanyan isə deyib ki, “biz strateji əhəmiyyətli Mingəçevir su anbarına gözlənilməz
zərbə endirə bilərik”. Hədəfə çevrilən Mingəçevir su anbarına hücumun kiber
müstəvidə olması ən real variantdır. Qorunmağın ən uğurlu yolu kiber müdafiə,
hücum ordularının yaradılması, dövlət saytların server bazasının ölkəmizdə
qurulması və istedadlı gənclərin bu prosesə cəlb edilməsidir. Bu halda informasiya
təhlükəsizliyinin təminatında fundamental sütunlar yaranmış olacaq.
Əvvəlcə, təhlükəsizliklə bağlı
konsepsiya qəbul edilməli və fəaliyyətin dəqiq koordinasiyaları öz əksini
tapmalıdır. Qlobal informasiya əsrində kiber döyüş meydanı sürətli nüvə
silahlanması ilə müqayisədə qat-qat artıq dərəcədə xaotik ola bilər, çünki
çoxsaylı xırda aktyorlar var. Maraqlıdır bir fakt: ABŞ dövlət departamenti
Çinin Lenovo şirkətinin kompüter və proqram təminatını almaqdan məhz təhlükəsizlik
nəzərindən imtina edib. Test yoxlamaları kompüter vasitəsilə məlumatların
sızmasının mümkünlüyünü aşkarlayıb. Həm də şirkətin Çinin dövlət qurumları və
müdafiə Nazirliyi ilə əlaqələri haqda məlumatlar dolanmaqdadır. Azərbaycanın
kompüter bazarında kifayət qədər Lenovo kompüterli satılır. Bəlkə də bir çox
dövlət qurumu Lenova-dan yararlanır, məlumatın kiməsə ötürüldüyünü duyan belə
yoxdur. Ölkəyə çox asanlıqla giriş tapan bu kompüterlər, şəksiz, milli təhlükəsizliyə
nə vaxtsa problem yaratmış olacaq.
Azərbaycanda kiber təhlükəsizliyə
birbaşa cavabdeh olan qapalı qurumun yaradılması çox yaxşı olardı. Həmin qurum
iki nazirliyə tabe ola bilər; Milli Təhlükəsizlik və ya Müdafiə Nazirliyinə,
çünki təhdidlərin 80 faizi daxildən, 20 faizi isə xaricdən gəlir. Belə qurumun
olması həm düşmən ölkədən, həm də regional təhlükəsizlik prizmasından sığortalanmaq
deməkdir. Belə olarsa, düşmənin kiber hücum və anti-azərbaycan təbliğatı iflasa
uğrayar. Azərbaycanın üzləşdiyi kiber təhlükəni dövlətlərə görə sıralaya da bilərik:
Ermənistan – aşkar düşmən
Rusiya – potensial düşmən
İran – gizli düşmən
Çin – görünməyən düşmən
Azərbaycanın kiber təhlükəsiz sahəsində
zəif olduğu amilləri belə sıralamaq olar:
1) Üç kiber orduya sahib dövlətin
əhatəsində olmaq, geokiber coğrafi zolaq amili, ən əsası isə nə hücum, nə də
müdafiə məqsədli kiber ordunun olmaması
2) Əksər dövlət və strateji əhəmiyyətli
saytlarımızın serverlərinin xaricidə olması
3) Kiber təhlükəsizliyə aid
konsepsiyanın, xüsusən, doktrinanın və buna cavabdeh mərkəzin olmaması
Azərbaycanın enerji diplomatiyasının
kiber təhdidlə üzləşməsi riski də böyükdür. Sübut olaraq rus-gürcü savaşı
zamanı Bakı-Tiflis-Ceyhan kəmərinə olan kiber hücumu göstərmək olar. Rusiya
2008-ci ildən başlayaraq, neft-qaz kəmərlərinə qarşı kiber hücumlar da təşkil
edib. Nəticədə BTC-nin Gürcüstan hissəsində problem yaranıb və rus hakerləri kəmərin
işini idarə edən kompüter sistemini sıradan çıxarıblar. Kiber təhdiddən az da
olsa qorunmağın yollarından biri də Elektron hökumətin təhlükəsizliyinin birə
on artırılmasıdır. Belə halda az zərər görmüş olarıq, çünki bazada olan məxfi sənədlərin
oğurlanma riski azalar. Azərbaycan MDB məkanında "Elektron hökumət"
layihəsini quran ölkələr sırasında lider mövqedədir. Deməli kiber ordunun və
qapalı qurumun yaradılması qaşılmazdır.
Fərrux İlhamoğlu
farruch_hasanov
(a) mail. ru
Yazı Multimedia Mərkəzinin təşkil
etdiyi “Onlayn Media” müsabiqəsinə təqdim
ediləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri