Deputat: “Azərbaycanda kibertəhlükəsizlik qüvvələrinin yaradılmasına ehtiyac var”

08-06-2016 / 11:44

Dayanıqlı iqtisadi inkişaf kibertəhlükəsizliyin "A səviyyə"də təmin olunmasını tələb edir!

İdarəetmədə İKT alətlərinin geniş tətbiqi müasir dünyada effektiv və sürətli idarəetmənin yeganə yolu kimi qəbul edilməkdədir.

Artıq demək mümkündür ki, planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artmaqdadır. Hətta artıq müasir döyüş texnologiyalarını belə İKT-siz təsəvvür etmək döyüşdə uduzmaqla bərabər ölçülür.

Bu zaman təbii olaraq informasiya kommunikasiya texnologiyaları tətbiqi zonalarının və şəbəkəsinin təhlükəsizliyi ön plana çıxır. Çünki bu halda rəqibin İKT sisteminə daxil olmaq artıq onun tam iflic olmasına qədər gətirib çıxarda bilir.

Bu məqsədlə artıq bir çox dövlətlər digər ölkələrin gizli məlumatlarını əldə etmək üçün geniş kiber hücumlar təşkil edir, və həmin ölkələrdə kiber hucumlar vasitəsilə xaosların yaranması ehtimallarını öyrənirlər. Və təbii olaraq özünü müdafiə tədbirləri də görürlər

Məsələn, artıq Çində 50 min insandan ibarət kiber ordu formalaşdırılıb.

Rusiyada 12 min nəfərdən ibarət xüsusi ixtisaslaşdırılmış mərkəz fəaliyyət göstərir.

Avropa ölkələrində də xüsusi ordu hissələri və mərkəzlər mövcuddur.

Kiber hücumlar vasitəsildə mühüm dövlət təsisatlarının (nəqliyyat, avia, pilotsuz uçan aparatlar, sərhəd buraxılış, viza və s) fəaliyyətin iiflic etmək və ya digər istiqamətə yönəltmək, bank sistemini iflic etmək mümkündür və tətbir olunur.

Kiber hücumların digər mühüm hədəfi enerji infrastrukturlarıdır. Son zamanlar ən çox enerji layihələri həyata keçirən ölkələrdən biri də Azərbaycandır.

Dayanıqlı və innovativ iqtisadiyyat qurmağı hədəfləyən Azərbaycan təbii olaraq belə kiber orduların hücumlarının hədəfi olacaq. Bu baxımdan Azərbaycanda bütün mühüm sahələrdə kibertəhlükəsizliyin təmin edilməsi, elektron kəşfiyyatın, elektron əks kəşfiyyatın, kiber hücumların dəf edilməsi yönümündə xüsusi tədbirlərin görülməsinə böyük ehtiyac yaranır.

Bu istiqamətdə bir çox addımlar atılıb, ancaq ölkənin sürətlə ən yeni layihələrə daxil olması və bu layihələrin strateji əhəmiyyət kəsb etməsi paralel olaraq kiber təhlükəsizliyin də təmin edilməsini A səviyyəsinə qaldımağı qaçılmaz edəcək.

 

Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü,

millət vəkili Tahir Mirkişili

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə