4G mobil texnologiyası 3G mobil texnologiyasının 2 əsas problemini aradan qaldırdı: sürət və şəbəkə tıxanmasını.
4G
dünyaya yayıldı, Azərbaycanda isə proses gecikir. Ölkənin 3 operatoru nədənsə
bu yeniliyi təqdim etməyə tələsmir. Səbəbini araşdırmağa çalışdıq.
G
texnologiyası
G
texnologiyasının tarixinə nəzər salaq. 1-ci nəsil (1G) Qabaqcıl Mobil Telefon
Xidmətinin tətbiqi ötən əsrin 80-ci illərində
başlayıb.Analoq telekommunikasiya sistemidir. Ondan öncə hətta 0G də olub.
Növbəti
nəsil (2G) 1990-cı illərdə yaranıb. GSM, CDMA şəbəkəsidir. Artıq SMS funksiyası
yaranıb, zəng analoq sistemindən rəqəmliyə keçib. Daha sonra 2.5G və 2.75G də
yaranıb.
Hazırda
3G və 4G-dən istifadə edilir.
Beynəlxalq
Telekommunikasiya İttifaqının müəyyən etdiyi 3G texnologiyası istifadəçiyə daha
geniş imkanlar təklif etdi.3G genişzolaqlı sürətli internet, elektron ünvanı
yoxlamaq, veb səhifələri asanlıqla açmaq imkanı verdi. 3G 2 bir-birini
tamamlayan texnologiyanı - HSDPA və HSUPA (yüksək sürətli yüklə və yükləmə
paketini) özündə birləşdirir. 3G mobil telefonda kino və TV verilişləri izləməyi
təklif edir. 3G internetinin sürəti ən tələbkar istifadəçini də razı salır.
3G
Azərbaycanda
Azərbaycana
3G 2000-ci illərdən gəlib. İlk lisenziya Azərfon mobil operatoruna verilib.
Azərfon-un
Korporativ kommunikasiya bölməsinin rəhbəri Nigar Arpadarai 3G xidmətinin
2010-cu ildən tətbiq edildiyini bildirib: “Ölkənin əksər hissəsi 3G
stansiyaları ilə təmin edilib”.
Bakcell
şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova
operatorun 2011-ci il noyabrın 23-də prezident İlham Əliyevin iştirakı ilə
keçirilən “BakuTel” sərgisində 3G xidmətini təqdim
etdiyini deyib: “3G lisenziyanın verilmə qərarı Rabitə və Yüksək
Texnologiyaları Nazirliyinin noyabrın 2-də keçirilmiş iclasında qəbul edilib.
Noyabrın 3-də Bakcell 3G xidmətini ölkənin 62 şəhərində və 3G-ni dəstəkləyən
rouminq tərəfdaşlarının şəbəkələrində tətbiq edilməsinin sınaq mərhələsinə
start verib. Hazırda 2000-dən artıq 3G stansiyası vasitəsilə xidmət əhalinin 82,
ölkə ərazisinin isə 55 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə
edir və bütün bölgələrdə təklif olunur”.
Azercell
şirkətinin Korporativ kommunikasiya bölməsinin nümayəndəsi Xatirə Tağıyeva 3G
lisenziyasının 2011-ci il noyabrın 2-də alındığını bildirib: “Noyabrın 18-dən Azercell
3G xidmətini göstərməyə başladı. Dünyada ilk olaraq 4G xidmətini təqdim etmiş
TeliaSonera şirkətlər qrupuna daxil olan Azercell çoxdan 3G-yə hazır idi.
Hazırda 3G saytların sayı 1740-dan artıqdır. 3G istifadəyə verildikdən
sonra, trafik demək olar ki, 5 dəfə artıb”.
4G
mobil texnologiyası
Tədricən
3G sıradan çıxır, onu 4G - 4-cü nəsil kabelsiz telefon texnologiyası
sıxışdırır. 2009-cu ildə "Verizon Vireless" şirkəti 4G-ni sınaqdan
keçirib. Azərbaycanda 4G-nin gecikməsini
birbaşa “Evlərə optik” layihəsi ilə bağlayan da az deyil. Yəni ölkənin hər
yerinə optik internetin veriləcəyi 4G-ni əngəlləyir, operatorlar gözləmə
mövqeyində dayanıb əlavə vəsait yatırmaq istəmirlər.
Nigar
Arpadarai şirkətin Bakıda 4G-ni tətbiq etməyə tam hazır olduğunu deyir: “Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə bu xidmətin göstərilməsi tarixi üzərində
işləyirik”.
Süheyla Cəfərova “BakuTel” sərgisində
4G-nin artıq göstərildiyini qeyd edib: “Şəbəkəmiz LTE xidmətini təqdim etməyə
hazırdır, amma ölkədə 4G-ni dəstəkləyən mobil cihaz azdır. Biz tələbata uyğun 4G-ni
istifadəyə verməyi düşünürük. “Evlərə optik” layihəsi və 4G abunəçilərin
ehtiyaclarına əsasən verilir. İnkişaf etmiş ölkələrdə bunun hər ikisi var və
onların istifadəsi bir-birindən asılı deyil”.
Xatirə
Tağıyeva Azercell-in 2013-cü il dekabrın 2-dən
4G-ni abunəçilərə təqdim etdiyini bildirib:
“Hazırda 4G şəbəkəsi Bakı və Abşeronun böyük hissəsini əhatə edir. Baza
stansiyalarının sayı 262-dir. 4G Hotel Excelsior, Tofiq Bəhramov
adına stadion, Azərbaycan Dövlət Akademiyası, Park Bulvar (“Parking” ərazi
istisnadır) və çox ictimai yerləri əhatə edir. Azercell artiq 4G-ni istifadəyə
verib. Bu xidmətin “Evlərə optik” layihəsi ilə əlaqəsi yoxdur”.
Park Bulvar Mərkəzinin mətbuat xidmətinin
nümayəndəsi Elçin Babayev mərkəzdə 8 ay öncə 4G-nin quraşdırıldığını bildirib: “Mütəmadı
nəzarət olunur, müştəridən şikayət yoxdur”.
4G
mobil texnologiyası niyə ləngiyir?
4G-ni
3 mobil operatordan biri quraşdırıb, o da Bakı və Abşeronda. “4G mobil
texnologiyası niyə ləngiyir” sualını ekspertlərə yönəltdik. İlk addımlar layihəsinin rəhbəri Rəşad
Əliyev qeyd edir ki, ləngimənin səbəbi avadanlığın quraşdırılması ilə bağlı ola
bilər, çünki texniki xərclər çoxdur.
İKT
eksperti Ayaz Quliyevin fikrincə, mobil texnologiyanın tətbiqi üçün onu dəstəkləyən
cihaz olmalıdır: “Mobil operatorlar sabah 5G lisenziyasını əldə edər, bu
standartda böyük əhatəli şəbəkə sistemini də qurarlar. Amma xidmətdən abunəçi
yararlanır, onunsa cihazı bunu dəstəkləmir, deməli ləngimə təbiidir. 4G ilə də
vəziyyət eynidir. Çox az abunəçidə 4G-ni dəstəkləyən cihaz var. Həm də Azercell-in
4G şəbəkəsinin əhatə dairəsi çox kiçikdir, Bakını belə tam görmür. Prosesi sürətləndirmək
də olar: əhatə dairəsini genişləndirmək və kiçik USB 4G cihazlarla birlikdə sərfəli
internet paketi təqdim etməklə”.
“4G mobil texnologiyasının 3G-dən
fərqi nədir” sualı ilə keçirilən sorğu əhalinin
məlumatsızlığını aşkara çıxarıb. Tələbə Amal Ata “Bilmirəm, xəbərim yoxdur”, Sevinc
Babayeva “Nəsə internetlə bağlı bir şeydir, dəqiq bilmirəm” , jurnalist Ruhanə
Paşazadə “internet paketidir deyəsən, bu haqda çox məlumatim yoxdur”, tarixçi Elnurə
Seyidova “Azərbaycanda onların heç bir fərqi yoxdur” fikirlərini bildiriblər.
Dünya
artıq 5G-yə hazırlaşır
Dünya
artıq 5G-yə hazırlaşır. Operatorlar 5G barədə nə düşünür ?
Bakcell-in
nümayəndəsi 5G haqda danışmağın tez olduğunu qeyd edib: “4G tətbiq olunmağa
başlayanda 5G üçün hazırlığa başlayacağıq. Lakin 5G-ni dəstəkləyən mobil
cihazlar bazarda 2-3 ildən sonra ola bilər.
5G əslində 4G-nin daha inkişaf etmiş formasıdır. “Bakutel” sərgisində 5G
ilə bağlı bəzi xidmətləri nümayiş etdirəcəyik”.
Azercell-in
əməkdaşı şirkətin innovativ texnologiyalara üstünlük verdiyini bildirib: “Yaxın
gələcəkdə Azercell ölkənin regionlarında da 4G şəbəkəsinin qurulması üzərində
çalışacaq. 5G-nin tətbiqi isə gələcəkdə mümkün ola bilər”.
Azerfon
5G barədə susmağa üstünlük verib.
Günel
Azadə
gunazade93
(a) gmail. com
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri