4G-nin 3G-dən fərqi nədir? Nəsə internetlə bağlı bir şeydir (sorğu)

12-11-2014 / 21:38

Xeberler.az saytı “4G mobil texnologiyasının 3G-dən fərqi nədir” sualı ilə Bakı sakinlərinə müraciət edib.

Amal Ata, tələbə

Bilmirəm. Xəbərim yoxdur.

Tural Hüseynli, tələbə

Fərqi daha sürətli olmasıdır. Görüntülü danışığın olmasıdır.

Elnurə Seyidova, tarixçi

Azərbaycanda onların heç bir fərqi yoxdur. 3G sürətli internetdir. Səhv etmirəmsə,  görüntülü danışıqdır. Amma çox heyf, Azərbaycanda bunlar çox zəif işləyir.

Solmaz Abdullayeva , müəllim

3G mənim üçün görüntülü danışıqdır. Əsgərlikdəki oğlumla görüntülü danışa bilirəm.

Ruhanə Paşazadə, jurnalist

İnternet paketdir deyəsən .Bu haqda çox məlumatim yoxdur.

Sevinc Babayeva

Nəsə internetlə bağlı bir şeydir. Amma dəqiq bilmirəm.

Afaq Elçinqızı , magistr

Dəqiq deyə bilmərəm, bildiyim qədər  modem adıdır. Yəqin, 3G-dən fərqi daha sürətli olmasıdır.

Günel Azadə

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə