“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014 / 21:12

Noyabrın 19-da “Azərkosmos” ASC-də cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız kömək etmək olub.

Könüllülük əsasında keçirilən aksiyada “Azərkosmos” ASC-nin əməkdaşları ilə bərabər “Azərpoçt” MMC-nin əməkdaşları da iştirak edib.   

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan, “Azərkosmos”un idarə etdiyi Azərspace-1 peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə