Azərbaycan və İranın poçt operatorları sərhədyanı zonalarda
sahibkarlıq subyektlərinə xidmətlər göstərəcəklər.
Bunu trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə
deyib.
Onun sözlərinə əsasən, iki ölkənin poçt operatorları arasında əməkdaşlığın genişləndirilməsi İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində noyabrda imzalanmış anlaşma memorandumunda qeyd edilib.
Sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
Sənədi dövlət başçısı dekabrın ortalarında təsdiq edib.
Poçt rabitəsi sahəsində əməkdaşlıq çərçivəsində poçt markalarının birgə buraxılması, sərhədyanı ərazilərdə poçt xidmətlətinin təşkili və sahibkarlıq subyektlərinə poçt rabitəsi xidmətinin göstərilməsi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri