Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində ƏMDK-nın daha 2 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub və portal üzərindən ƏMDK-nın göstərdiyi elektron xidmətlərin sayı 31-ə çatıb.
RYTN-in Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a verilən məlumata görə, həmin elektron xidmətlər bunlardır:
İxtisaslaşdırılmış pul hərracı
Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı
"İxtisaslaşdırılmış pul hərracı” e-xidməti vasitəsilə özəlləşdirilən obyektlərin səhmlərinin, eləcə də dövlət müəssisəsi və obyektlərinin, avtonəqliyyat vasitələrinin, yarımçıq tikili və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üzrə keçirilən hərracların daha sivil qaydada, elektron şəkildə həyata keçirilməsi mümkün olacaq.
"Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” e-xidməti vasitəsilə özəlləşdirmə prosesində kiçik dövlət müəssisə və obyektlərinin və dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin əmək kollektivinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı reallaşdırılacaq.
Beləliklə, Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərarı ilə ƏMDK üzrə təsdiq ediıən 27 elektron xidmətin 26-sı portala inteqrasiya edildi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri