Ödəmə portalı mobil tətbiqini təqdim edib

19-01-2015 / 16:00

Hesab.az ödəmə portalı Android-lər üçün mobil tətbiqini təqdim edib.

Bu barədə GoldenPay ASC-nin təsisçisi və idarə heyətinin sədri Fərid İsmayılzadə məlumat verib.

Xeberler.az bildirir ki, iPhone ve Windows app-ləri üzərində də işlənilir.

Fərid İsmayılzadə mobil appın web-based ve tam funksiyalı olduğunu qeyd edib. “Hazırda kartın yadda saxlanılması funksiyası üzərində işlər aparılır. Mobil tətbiq ilkin versiyadadır, daha mükəmməl app üçün işlər davam etdirilir”.

Mobil tətbiqi "Google Play" virtual mağazasından yükləyə bilərsiniz. 

 

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə