“Operatorlar insan səhhəti üçün təhlükə yaratmır”- Nazirlikdən açıqlama

21-01-2015 / 14:29

“Operatorların baza stansiyalarının quraşdırılması zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN)   bəzi  problemlərlə  üzləşir. Belə ki, insanlar quraşdırılan operatorların  öz səhhətlərinə mənfi təsir etməsindən narahat olaraq, baza stansiyalarının evlərinin yaxınlığında yerləşdirilməsini istəmirlər”.

Bu fikirləri ötən gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclasında səsləndirdi.

Nazir qeyd etdi ki, insanların bu istəyi anlayışla qarşılanır və elektromaqnit şüalanmasının səviyyəsinə ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət olunur.

Bəs, bu nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyində  hansı istiqamətdə həyata keçirilir? İnsanları narahat edən məsələ qurumun diqqətindədirmi?

Xeberler.az olaraq , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ətraf Mühit üzrə  Milli Monitorinq departamentnin  direktor müavini  Mətanət Avazova ilə əlaqə saxladıq.

Nazirlik rəsmisinin sözlərinə görə, bu nəzarət əsasən insan boyu üzrə sağlamlığa dəyə biləcək ölçüdə həyata keçirilir: “ Bölgələrdə  və mərkəzlərdə quraşdırılmış operator stansiyalarına, onların  ətraf ərazilərində elokromqanit  dalğalarınınn şüalanmasına, onların sıxlığına və tezliyinə xüsusi cihaz vasitəsi ilə nəzarət edirik. Bu nəzarət əsasən insan boyu üzrə sağlamlığa dəyə biləcək ölçüdə həyata keçirilir. Yəni bu yüksəlikdən yuxarıları ölçməyə ehtiyac yoxdur. Yalnız  insanın boyu hündürlüyündə təmasda olduğu atmosfer hündürlük  qatına görə ölçülər aparılır. Bu fəaliyyət Almaniya istehsalı olan “Protx” cihazı ilə həyata keçirilir”.

Mətanət Avazova bildirdi ki, insanlar operatorların öz səhhətlərinə mənfi təsir etməsindən narahatdır və bununla bağlı nazirliyin qaynar xəttinə şikayətlər daxil olur:

“Əhalinin müraciətində bildirilir ki, operator bazalarının onlara yaxın ərazilərdə quraşdırılmasına görə onlar özlərini  narahat hiss edirlər. Biz də bunları nəzərə alaraq həmin ərazilərdə monitorinq edirik. Sonra monitorinq nəticələri akt şəklində hazırlanır və nəticələr elə əhalinin gözü qabağında  açıqlanır və müzakirə olunur. Həmçinin  monitorinq zamanı əhali də iştirak edir”.

Mətanət Avazova onu da qeyd edib ki, departamentin bununla bağlı monitorinq proqramı var və bu, mütəmadi olaraq həyata keçirilir.

“Monitorinq qrupu operatorlar  quraşdırılan ərazilərə gedir və yoxlamalar aparır. Biz bu sahədə həmin ərazilərə yaxın Səhiyyə qurumları ilə əlaqəli işləyirik. Yəni monitorinq zamanı insanların sağlamlığında problem aşkar olunarsa, onlar həmən yaxın ərazilərdə xəstəxanalar aparılır və zərərçəkmişlər   temoqrafiya, fizoterapiya müayinəsindən keçirlər. Lakin indiyə qədər belə hallar müşahidə olunmayıb. Operatorlar sadəcə Kommunikasiya  üçün istifadə olunan mənbələr olduqları üçün onların dozası insan səhhəti üçün təhlükə yaratmır”.

Azərbaycan Respublikasını Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təşkil olunub.

Məltəm Talıb

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə