“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025 / 13:47

Aprelin 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirir.

Xeberler.az məlumat verir ki, konfransda süni intellektin tətbiqi nəticəsində yaranan yeniliklərdən bəhs edilib.

Bildirilib ki, süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya nüfuz edir. Həmçinin süni intellekt sistemlərinin müxtəlif iqtisadiyyat sektorlarına və həyat sferalarına inteqrasiyası əsasında qərar qəbuluna təsir göstərir. Bu məqam ortaya süni intellektin uzunmüddətli təsirləri, etik nəticələri və riskləri ilə bağlı məsələlər qoyur və sözügedən texnologiyanın təhlükəsizliyini, eləcə də faydalarını təmin etməyə yönəlmiş tənzimləyici siyasətlər haqqında müzakirələrə səbəb olur.

Qeyd olunub ki, bu sahənin tədqiqatçıları verilənlərin toplanılması və emalı, statistika, süni neyron şəbəkələri, formal məntiq və digər yanaşmalar daxil olmaqla geniş spektrli metodları uyğunlaşdırmağa nail olublar. Süni intellekt, həmçinin bir sıra humanitar elm sahələrində (dilçilik, fəlsəfə, sənətşünaslıq və s.) və incəsənətdə istifadə edilir. Konfransın məqsədi də “fizikləri və lirikləri” bir araya toplamaq, fikir mübadiləsinə şərait yaratmaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə