Previous Next
Bağla

ADMİU-da süni intellektin incəsənət sahələrinə təsiri ilə bağlı görüş keçirilib

24-06-2023 10:37
ADMİU-da süni intellektin incəsənət sahələrinə təsiri ilə bağlı görüş keçirilib

AMEA-nın vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyinin dəvəti ilə bu ali təhsil müəssisəsinin Elmi Şurasının üzvləri ilə görüş keçirib.

Görüşdə əvvəlcə ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova çıxış edərək, akademik Rasim Əliquliyevi universitetin Elmi Şurası adından salamlayıb, alimlərlə son dərəcə aktual mövzuda – süni intellektin müasir vəziyyəti, inkişaf perspektivləri, o cümlədən yaradıcılıq proseslərinə tətbiqi və təsiri ilə bağlı fikirlərini bölüşmək, diskussiya aparmaq üçün dəvəti qəbul etdiyinə görə minnətdarlığını bildirib.

Rektor qeyd edib ki, universitetin Elmi Şurasının üzvləri sırasında incəsənətin müxtəlif sahələrində çalışan, eyni zamanda, elmi-pedaqoji fəaliyyətlə məşğul olan görkəmli elm, mədəniyyət və incəsənət xadimləri yer alırlar. Bu görüşdə incəsənətin müxtəlif sahələrinin özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq tətbiq edilən süni intellekt texnologiyaları ilə bağlı müzakirələrin aparılması hər bir alimin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra çıxış edən akademik Rasim Əliquliyev, ilk növbədə, 2022-ci ildə “OpenAI” (Open Artificial Intelligence) şirkəti tərəfindən hazırlanaraq istifadəyə verilən, imkanlarına və funksiyalarına görə bütün dünyada rezonans doğuran, müxtəlif səviyyələrdəgeniş müzakirələrə səbəb olan “ChatGPT” adlı süni intellekt əsaslı proqram məhsulu barədə ətraflı məlumat verib. Bildirib ki, dialoq rejimində işləyən və təbii dil sorğularını dəstəkləyən “ChatGPT” mətnlər yaratmaq, məqalə və digər əsərlər yazmaq, tərcümə etmək, istənilən mövzu ilə bağlı sualları cavablandırmaq, proqram kodu yazmaq, eləcə də, nitqi dəyişdirmək, sintetik təsvirlər yaratmaq və s. kimi geniş imkanlara malik olması ilə bütün dünyanın marağına səbəb olub.

Alimin sözlərinə görə, hər gün daha da “ağıllanan” “ChatGPT”nin artıq yaradıcı insanlar üçün ciddi problemlərə yol açacağı və gələcəkdə həmin sistem qarşısında aciz olacağına dair mülahizələr gündəmə gəlir, bu da təbii olaraq cəmiyyətdə müəyyən narahatlıqlar yaradır. Son günlər artıq Avropa Birliyi və müvafiq dövlət qurumları “OpenAI” şirkətinin rəhbər şəxsləri ilə müəlliflik hüququnun qorunması, müəllifin qanun qarşısında məsuliyyəti, yaradılan yeni intellektual texnologiyalardan kənar şəxslərin neqativ məqsədlər üçün istifadəsinə yol verilməməsi ilə bağlı müzakirələr aparırlar.

Akademik bütün bu intellektual texnologiyaların, süni intellektin, eyni zamanda, bədniyyətli təşkilatların əlində çox güclü silaha çevrildiyini, bu baxımdan müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Alim qeyd edib ki, bu gün cəmiyyət həmin innovativ, geniş transformativ potensiala malik texnologiyaların təsiri ilə yeni sosio-texnoloji inkişaf mərhələsinə keçid ərəfəsindədir. Bu səbəbdən son zamanlar V və VI sənaye inqilablarının çox da uzaqda olmadığından bəhs edilir. Artıq insanın bioloji, intellektual imkanları ilə süni intellektin imkanları müqayisəolunmaz həddə gəlib çatıb. Süni intellektin yaddaş və hesablama gücü, əməliyyat aparma sürəti, zaman və məkandan asılı olmayaraq fəaliyyət göstərməsi və s. kimi geniş imkanları, superintellektin yaranması perspektivləri onun gələcəkdə insanı üstələyə bilməsi ehtimalı ilə bağlı fikirlərin irəli sürülməsinə əsas verir, texnologiyaların cəmiyyətin aparıcı qüvvəsinə çevriləcəyi proqnozlaşdırılır.

Görüşdə Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, Əməkdar İncəsənət Xadimi, ADMİU-nun dosenti Ayaz Salayev, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Kamilə Dadaşzadə, Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Mir Azər Abdullayev, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə təqdim edilən mövzuya öz münasibətlərini bildirərək, akademik Rasim Əliquliyevlə onları maraqlandıran və narahat edən məqamlarla bağlı fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı İnformasiya Texnologiyaları İnstitutu ilə ADMİU arasında mədəniyyət, incəsənət və süni intellekt məsələlərinə həsr olunmuş birgə tədqiqatların aparılması, elmi konfrans və seminarların keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Görüşün sonunda akademik Rasim Əliquliyev universitet rəhbərliyinin Azərbaycan dövlətinin siyasətinə, qlobal texnoloji reallıqlara, IV Sənaye İnqilabının çağırışlarına uyğun olaraq, süni intellekt məsələlərinə həssaslıqla yanaşmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Akademik: Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır

11-04-2025

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt müzakirə olunub

17-02-2025

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022

Süni intellektin müxtəlif sahələrdə rolu adlı konfrans keçirilib

19-05-2025

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

“Cərrahi Platforma”nın hazırlanmasına dair hesabat dinlənilib

19-01-2026

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

AzMİU əməkdaşları üçün süni intellekt mövzusunda təlim keçirilib

03-02-2025

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

30-10-2025

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

24-12-2025

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə