“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib
Bu gün Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru, AİF -in prezidenti Osman Gündüz və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanovdur.
Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub.
Kitabın müəllifləri Osman Gündüz və Ramil Süleymanov Təqdimat mərasimində çıxış edərək kitab haqqında, onun yazılması səbəbləri və məzmunu haqqında məlumat veriblər.
Təqdimat mərasimində müxtəlif təhsil müəssisələrinin rəhbərləri, müxtəlif fənn müəllimləri, pedaqoqlar və ictimai qurumalrın təmsilçiləri çıxış edərək informasiya texnologiyaalrının tədrs prosesinə inteqrasiyası sahəsində, social servilərin tərdis prosesinə təbiqi sahəsində kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Həmçinin kitaba daxil edilən “Uşaqların informasiya təhlükəsizliyinin qorunması üçün tədbirlər” və “Təhsil üçün faydalı İnternet resurslar” adlı əlavə bölmələrin də müəllimlər və valideynlər üçün əhəmiyyətli və faydalı olacağı diqqətə çatdırılıb.
Təqdimat mərasimi Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində keçirilib.
Kitaba Təhsil Nazirliyi tərəfindən metodiki tədris vəsaiti qrifi verilib.
Kitab IREX-Media qurumunun dəstəyi ilə həyata keçirilən “İnternet texnologiyalarından və sosial servislərdən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmlərinin yaradılması” Layihəsi çərçivəsində hazırlanıb və çap olunub.