Cenevrədə 27 – 31 may tarixlərində Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti (WSIS) keçirilib. Sammit Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. Belə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yeni “mygov” platformasının ilkin versiyası “WSIS Prizes” müsabiqəsinin 7-ci - “İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — elektron hökumət” kateqoriyası üzrə qalib elan olunub. Layihə onlayn səsvermə və xüsusi ekspertlər qrupunun müvafiq dəyərləndirməsindən sonra “WSIS Prizes” beynəlxalq mükafatına layiq görülüb.
Mükafatlandırma 28 may tarixində Cenevrədə keçirilən “WSIS Prizes” tədbirində baş tutub. Tədbirdə İRİA-nın sədr müavini Rəşad Xalıqov, rəqəmsal həllərin inkişafı departamentinin müdiri Anar İsgəndərov, strateji tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov iştirak edib.
Rəşad Xalıqov mükafatlandırma mərasimində tədbir iştirakçılarını salamlayaraq müxtəlif dövlət qurumlarının əməkdaşlığı nəticəsində ərsəyə gələn yeni “mygov” portalının ilkin versiyasının “WSIS Prizes” mükafatına layiq görülməsi ilə əlaqədar Agentlik adından təşəkkür edib. Bildirilib ki, “mygov” platformasının ölkəmizdə fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən ümumilikdə 6-sını (8, 9, 10, 11, 16, 17-ci DİM-lər) əhatə edir və “WSIS Prizes” çərçivəsində xüsusilə 9-cu Məqsəd - Sənaye, İnnovasiya və İnfrastruktur istiqaməti ilə uzlaşmaya əhəmiyyətli töhfə verir.
Qeyd edək ki, İRİA-nın “mygov” layihəsi “WSIS Prizes – 2024” müsabiqəsində təqdim olunan 1049 müraciət arasından 18 istiqamət, hər istiqamət üzrə dünyanın müxtəlif ölkələrindən 20 layihə, ümumilikdə isə 360 layihədən olan namizədlər arasından qalib olub.
Bu, ölkəmizin müsabiqədəki yeganə uğuru deyil. “mygov” layihəsinin əsas nominasiyada qalibiyyəti ilə yanaşı, digər qurumların nailiyyətləri də təqdirəlayiqdir. Belə ki, “AzInTelecom” tərəfindən təqdim olunmuş “Hökumət Buludu” layihəsi “İnformasiya və kommunikasiya infrastrukturu” nominasiyası üzrə, ƏƏSMN-nin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən təqdim olunmuş “Əmək və Məşğulluq” altsisemi isə “İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — elektron məşğulluq” nominasiyası üzrə çempion elan ediliblər. Əldə edilən uğurlar ölkəmizdə rəqəmsal inkişaf istiqamətində qurumlararası əmədaklaşlığın əməli nəticələr verdiyinin göstəricisidir.
Bu il keçirilən Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Beynəlxalq Telekommunikasiya İttifaqı, YUNESKO, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı çərçivəsində baş tutub. Sammitin məqsədi qlobal səviyyədə əməkdaşlığın informasiya cəmiyyətinin təşəkkülünə, vətəndaşyönümlü və inklüziv rəqəmsal mühitin formalaşması, o cümlədən bu istiqamətlərin təşviqi üçün təcrübə və bilik paylaşımının genişləndirilməsidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri