“Nar” ənənəsinə sadiq qalaraq bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırdı. Ən yüksək nəticə göstərmiş Əbil Şəfiyev (697,1 bal), Ayxan Kazımov (695,5 bal) və Kamil Əfəndiyevə (692,5 bal) mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrələri və hədiyyə kartları təqdim edildi.
“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ilin uğurlu gəncləri ilə görüşüb və onlara gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanlarında on minlərlə gənc arasında ən yaxşı üçlüyə daxil olmağınız münasibətilə sizi təbrik edirəm! Bu böyük müvəffəqiyyət sizin zəhmətkeşliyinizin və savadınızın göstəricisidir. İnanıram ki, bilik və bacarıqlarınızı daha da təkmilləşdirərək öz ixtisasınızın peşəkarları olacaq və daha da böyük nailiyyətlər əldə edəcəksizin. Sizin kimi gənclərin cəmiyyətin inkişafı və ölkənin tərəqqisi üçün çox faydalı işlər görəcəyinə əminəm”.
Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri