Xeberler.az bildirir ki, abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib.
Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli tariflər və internet paketləri sayəsində mobil internetdən istifadədə artıma səbəb olub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 21 % artım qeydə alınıb. İnternet trafikinin həcmi Bakı üzrə 9 %, regionlar üzrə isə 42 % yüksəlib. Qeyd edək ki, data tarfikinin həcminin yüksəlməsinə həm də 4G smartfon penetrasiyasının artımı təsir edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində smartfon istifadəçilərinin sayında 12 % artım qeydə alınıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri