Previous Next
Bağla

Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

01-08-2019 10:12
Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

Xeberler.az bildirir ki, Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatında bir sıra təkmilləşdirmələr aparılıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə komitənin sədri Ramilə Seyidova çıxış edərək respublikamızda dövlət uşaq siyasətinin uğurla reallaşdırıldığını vurğulayıb. Qeyd olunub ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində bir sıra uğurlu addımlar atılıb.

Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik sahəsində uşaq hüquqlarının təmin olunması istiqamətində təkmil qanunvericilik sistemi yaradılıb. "Naxçıvan Muxtar Respublikasında da dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi bu sahədə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir”, - deyən Ramilə Seyidova vurğulayıb ki, müvafiq fərmana uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 23 yanvar tarixli qərar qəbul edib.

"Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2016-cı ildən uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı istifadəyə verilib. Komitə sədri qeyd edib ki, məlumat bankının administratoru Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, istifadəçiləri isə uşaq hüquqlarını qoruyan 17 təşkilatdır. Elektron məlumat bankı aidiyyəti dövlət orqanları tərəfindən daxil edilən məlumatlar əsasında formalaşır. Məsul dövlət orqanlarının müvafiq olaraq istifadəsi üçün nəzərdə tutulub. Ramilə Seyidova deyib: "Ötən dövr ərzində elektron məlumat bankına istifadəçilər tərəfindən 26 mindən çox məlumat daxil edilib. Məlumatların daha operativ daxil edilməsi və statistik təhlil aparılması məqsədilə proqram təminatında yeni təkmilləşdirmələr aparılıb.

Yenilənmiş proqram bu gündən istifadəyə verilib”. Tədbirdə proqrama operatorlar tərəfindən daxil edilən məlumatların administrator tərəfindən təhlili nəticəsində aşkarlanan nöqsanlar diqqətə çatdırılıb. Tezliklə bu nöqsanların aradan qaldırılacağı bildirilib. Sonra Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində internet saytlarının hazırlanması və təhlükəsizliyinin qorunması məsələləri üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov elektron məlumat bankının proqram təminatında edilmiş yeniliklər barədə məlumat verib və istifadəçilərin suallarını cavablandırıb. Mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu sahə üzrə təyin edilmiş məsul şəxslərin iştirak etdiyi tədbirin sonunda operatorlara elektron məlumat bankının administratoru tərəfindən istifadəçi adı, parol və digər bağlantı parametrləri verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018
Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023
Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022
Azərbaycanda yeni nazir müavini təyin edilbib

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020
NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023
Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023
E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016
Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023
Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023
Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023
Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022
Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020
Nazir vəzifəsindən azad edildi

Nazir vəzifəsindən azad edildi

05-03-2020
Naxçıvanda Data Mərkəzi inşa ediləcək

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023
Naxçıvanda Sənaye Parkı yaradılacaq

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023
Huawei  Naxçıvanda  İKT ilə bağlı layihə həyata keçirib

Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016
Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023
Naxçıvanda Data Mərkəz inşa ediləcək

Naxçıvanda Data Mərkəz inşa ediləcək

11-01-2024
Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017
Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024
Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015
Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022
Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

15-01-2016
Naxçıvanda “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib

Naxçıvanda “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib

09-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə