Previous Next
Bağla

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

22-05-2026 21:44
Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

Mayın 22-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib.

Xeberler.az məlumat verir ki, Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, festival dövlət qurumlarını, texnologiya şirkətlərini, innovasiya ekosistemi nümayəndələrini və startapları bir platformada bir araya gətirib.

Tədbirin əsas məqsədi “ağıllı şəhər” və “ağıllı kənd” həllərinin təşviqi, rəqəmsal transformasiya istiqamətində innovativ layihələrin təqdimatı və regionda texnologiya ekosisteminin inkişafına dəstək göstərməkdir.

Festivalın rəsmi açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmmədrəhimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma, memarlıq və müasir texnologiyaların inkişafına verilən xüsusi önəmin göstəricisidir. Nazir müavini qeyd edib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Həmçinin vurğulayıb ki, Bakıda keçirilən WUF13 - Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın dayanıqlı şəhərsalma və rəqəmsal inkişaf sahəsində beynəlxalq nüfuzunun artdığını göstərir.

Bildirilib ki, festival çərçivəsində ümumilikdə 60 startap komandası, 151 iştirakçı, 5 münsif, 9 panelist və 26 mentor iştirak edir. Təqdim olunan layihələr gənclərin texnologiyanın yalnız istifadəçisi deyil, həm də gələcəyin həllərini formalaşdıran yaradıcı qüvvə olduğunu nümayiş etdirir.

Festivalda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, müasir dövrdə universitetlər yalnız təhsil müəssisəsi deyil, həm də innovasiya və texnologiyaların formalaşdığı mühüm inkişaf mərkəzləridir. O qeyd edib ki, universitetdə tələbələrin yaradıcı və innovativ potensialının inkişafına xüsusi diqqət göstərilir və tələbələrin festivalda innovativ və perspektivli startap layihələri ilə təmsil olunması sevindirici haldır. Rektor vurğulayıb ki, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları dayanıqlı inkişafın və həyat keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biridir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qeyd edib ki, müasir dövrdə bilik, texnologiya və innovasiya dövlətlərin inkişafını müəyyən edən əsas amillərə çevrilib. Nazir vurğulayıb ki, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları artıq gələcəyin deyil, bu günün reallığıdır və gənclərin innovativ ideyaları ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. Naxçıvanda STEAM təhsilinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir və festivalda 29 təhsil müəssisəsinin şagirdləri innovativ layihələrlə iştirak edirlər.

Muxtar respublikanın Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini qeyd edib ki, müasir şəhərsalma siyasətində innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları dayanıqlı şəhər mühitinin formalaşdırılması, təhlükəsiz və müasir yaşayış infrastrukturunun yaradılması baxımından mühüm rol oynayır.

Çıxışda vurğulanıb ki, gənclərin innovativ təşəbbüsləri və texnologiya əsaslı layihələri gələcəyin şəhərsalma modelinin formalaşmasına töhfə verir. Həmçinin festivalda təqdim olunan startap layihələrinin şəhərsalma, ekoloji dayanıqlılıq və rəqəmsal idarəetmə sahələrində yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Festival çərçivəsində startap layihələri, süni intellekt həlləri, yaşıl texnologiyalar, robototexnika, IoT və avtomatlaşdırma sistemlərinin nümayiş olunduğu innovasiya sərgisi, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin STEAM Mərkəzinin xüsusi stendi və ilk dəfə olaraq Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markaları nümayiş etdirilib.

Proqrama əsasən üç panel müzakirəsi keçirilib.

Sessiyalarda “Ağıllı şəhər idarəetməsi, rəqəmsal təhsil, innovasiya və gələcəyin texnologiyaları”, “Smart kənd, su resursları və yaşıl enerji həlləri”, eləcə də “İnnovativ şəhər infrastrukturu və ictimai idarəetmənin gələcəyi” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Festival çərçivəsində təqdim olunan layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub.

Tədbirin sonunda münsiflər heyətinə, panel iştirakçılarına və media nümayəndələrinə təşəkkürnamələr, layihə iştirakçılarına sertifikatlar, qalib komandalara isə diplom və pul mükafatları təqdim edilib.

Qiymətləndirmənin nəticələrinə əsasən I yerə “Sigma” komandası layiq görülüb. II yerin qalibi “Loğman” komandası olub. III və IV yerləri isə müvafiq olaraq STEAM Tədris Mərkəzi və Ərəzin kənd tam orta məktəbinin komandaları tutublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026
Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

21-11-2022
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018
Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021
Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

15-05-2026
Naxçıvan İnnovasiya Mərkəzi açılıb

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025
Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026
Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026
WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

22-05-2026
Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023
Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

22-05-2026
İspaniyalı startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var

İspaniyalı startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var

20-05-2026
Rəqəmsal ideya müsabiqəsinə start verilir

Rəqəmsal ideya müsabiqəsinə start verilir

01-04-2026
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021
RİNN Dünya Bankı ilə birgə Azərbaycanda tənzimləyici qurum yaradacaq

RİNN Dünya Bankı ilə birgə Azərbaycanda tənzimləyici qurum yaradacaq

21-11-2022
IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026
Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021
Naxçıvanda Data Mərkəzi inşa ediləcək

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

13-05-2026
SİMA həlləri WUF13-də təqdim edilib

SİMA həlləri WUF13-də təqdim edilib

22-05-2026
Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

23-12-2024
E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə