Nazir “Microsoft Imagine Cup 2015”-in qaliblərini mükafatlandırdı

07-08-2015 / 11:45

Xəbər verdiyimiz kimi, iyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsinin finalı keçirilib. Final mərhələdə Azərbaycanı “NoObs” komandası təmsil edib.

“Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiya müsabiqəsində azərbaycanlılardan ibarət komanda “İnnovasiya” kateqoriyası üzrə ikinci yerə çıxıb.

Xeberler.az-ın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində  “Microsoft Imagine Cup 2015”-müsabiqəsində iştirak edən komanda ilə görüş keçirilib.

Qeyd edək ki, görüşdə Rabitə və yüksək texnologiyalar  naziri Əli Abbasov da iştirak edib.

Görüşdə Microsoft Azərbaycan nümayəndəliyinin təmsilçiləri Rüfət Hacıəlibəyov və Emin Axundov, Komandanın mentoru, Yüksək Texnologiyalar parkının departament rəhbəri Ülvi Aslanov və   Bakını təmsil edən NoObs komandası (Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılov ) Spinal layihə və müsabiqənin gedişi ilə bağlı məlumat verib.

Xatırladaq ki,  NoObs komandası  Spinal layihəsi ilə “İnnovasiya” kateqoriyası üzrə ikinci yerin qalibi olub.

Qaliblər layihələri ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib və beynəlxalq yarışla bağlı təəssüratlarını bölüşüblər.

Görüşün sonunda Nazir Əli Abbasov çıxış edib. Nazir Azərbaycan komandasının bu yarışmada 2-ci yer tutmasını ciddi uğur kimi dəyərləndirib. Təşkillatçılara və dəstək verənlərə təşəkkürünü bildirib. Nazir hazırda ölkədə startapların inkişafı istiqamətində ciddi işlərin aparıldığını, xüsusi təkliflər paketinin hazırlanaraq hökumətə təqdim ediləcəyini bildirib.
Nazir  qalib komandanın üzvlərini Fəxri fərman və min manat məbləğində pulla mükafatlandırıb. 

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə