Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır.
Xeberler.az məlumat verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirib.
Nazirin sözlərinə görə, hazırda "Azərkosmos" və Misir Kosmik Agentliyi arasında danışıqlar aparılır.
“Hesab edirik ki, bu, Azərbaycanın peyk tutumu ilə bağlı bəzi Misir şirkətləri ilə artıq mövcud olan müqavilələrə əhəmiyyətli əlavədir. Biz, həmçinin Misir şirkətləri ilə Azərbaycan bazarına çıxmaq imkanlarına dair danışıqları davam etdiririk. Ötən il iki ölkənin iş adamlarının iştirakı ilə Azərbaycan-Misir Biznes Forumu təşkil olunub. Bu təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir”,- R.Nəbiyev qeyd edib.
Nazir, həmçinin deyib ki, ölkələr arasında hazırda həftədə yeddi müntəzəm sərnişin reysi və bir müntəzəm yük reysi həyata keçirilir:
“Hesab edirik ki, birbaşa uçuşların sayının artırılması ölkələrimiz arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlığa töhfə verəcək”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri