Previous Next
Bağla

İnformatikanın ləğvi ilə bağlı Təhsil nazirinin əmri saytdan nə üçün silinib?

05-08-2015 11:45
İnformatikanın ləğvi ilə bağlı Təhsil nazirinin əmri saytdan nə üçün silinib?

Xəbər verdiyimiz kimi, Təhsil nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli əmrində tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi nəzərdə tutulub.

Diqqət çəkən və birmənalı qarşılanmayan isə ondan ibarətdir ki, bu əmrlə təsdiq edilən və  pilot olaraq seçilmiş  50 orta ümumtəhsil müəssisəsində İnformatika fənninin ləğvi  də nəzərdə tutulub.

Belə ki, adı çəkilən əmrlə bir neçə, o cümlədən texniki və riyazi təmayülləşmə üzrə istiqamət müəyyən olunub və bu təmayüllər üzrə tədris olunacaq fənlərin siyahısına İnformatika daxil edilməyib.
Bütün bunlar isə ictimaiyyət tərəfindən  birmənalı qarşılanmayıb.

Bu istiqamətdə müzakirələrin getdiyi bir zamanda məlum olub ki, həmin adıçəkilən əmr Təhsil Nazirliyinin rəsmi saytından götürülüb. Hazırda adıçəkilən əmri rəsmi saytdan tapmaq mümkün deyil.
Qeyd edək ki, bu problem Təhsil Nazirliyinin saytı yenilənəndən sonra baş verib.

Rəsmi sənədin saytdan silinməsinin nə dərəcədə doğru olmasına aydınlıq gətirməyə çalışdıq.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  Xeberler.az-a bildirib ki, Təhsil Nazirliyinin saytı yeniləndikdən sonra adıçəkilən Əmrə rast gəlinmir.

“Bu, əlbəttə, yolverilməz bir haldır. Mən özüm yenidən lazım olduğuna görə bir neçə dəfə  cəhd etdim ki, bu sənədi Təhsil nazirliyinin yeni saytından əldə edim. Təəssüf ki, bütün cəhdlərim uğursuz oldu. Şübhə yoxdur ki, əmr saytdan yığışdırılıb. Yeri gəlmişkən qeyd edim ki,  rəsmi saytın köhnə versiyasındakı bu əmrə yönləndirilən linklərdə hazırda başqa məlumat açılır. Bu isə, əlbəttə, "İnformasiya əldə edilməsi haqqında" qanunun  və hüquqi sənədlərin dərc edilməsi və açıqlanması ilə bağlı qanunvericiliyin tələblərinin kobudcasına pozulması deməkdir”.

Onun sözlərinə görə, baxmayaraq ki həqiqətən Təhsil Nazirliyinin rəsmi saytının yeni versiyası əvvəlkinə nisbətən daha uğurlu alınıb, amma saytın informasiya təminatında, görünür ki, problemlər var.

Osman Gündüz problemi saytın yenilənməsi  zamanı baş verən  xətalarla da əlaqələndirib:

“Ola bilər ki, bu, məqsədyönlü şəkildə də çıxarılsın. Amma o da mümkündür ki, bu hal yeni sayt hazırlanarkən məlumat bazalarının inteqrasiyası prosesində baş verən xəta, yenilənmə ilə bağlı olsun”.

Forum rəhbəri qeyd edib ki, istənilən halda ictimai əhəmiyyət kəsb edən, vətəndaşın istəyindən asılı olmayaraq açıqlanması məcburi olan bir sənədin  nazirliyin saytından yoxa çıxması xoşagələn hal deyil.

Osman Gündüz bu əmrin İnformatikanın ən azı texniki və riyazi təmayüllər üzrə tədrisinin bərpası baxımından yenidən işlənməsi səbəbilə yığışdırılmasını da istisna etməyib.

O, təmayülləşmə ilə bağlı prinsiplərə keçid,  bilik və bacarıq səviyyəsi  müxtəlif olan, hansısa sahədə daha da fərqlənən şagirdlərin istedadlarının, potensial imkanlarının, meyil və maraqlarının reallaşmasına imkanlar yaratması baxımından nazirin əmrinin düzgün yanaşma olduğunu da diqqətə çatdırıb.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Səsverənlərin 79 faizi İnformatikanın ləğvini yanlış hesab edir

24-07-2015

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

Təhsil nazirinin informatikanın ləğvi ilə bağlı qərarı gündəmdən düşmür

25-06-2015

İnformatika fənninin ləğvinə münasibətiniz necədir? - SORĞU

25-06-2015

Təhsil Nazirliyinin yeni saytında problemlər var

24-07-2015

Nazirlikdən informatika ilə bağlı xoş xəbər

05-05-2017

“Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”- Deputat

22-06-2015

Təhsil Nazirliyinin yenilənmiş rəsmi saytı təqdim olunacaq

13-07-2015

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017

“İnformatikanın lazımsız olduğunu düşünənlər səhv yoldadırlar”

23-06-2015

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

“Ümid edirik ki, informatikanın ləğvi məsələsinə yenidən baxılacaq”

23-06-2015

İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

21-04-2025

Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

28-04-2017

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

İnformatikanın tədrisi nə üçün zəifdir?-Video

14-06-2016

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə