Previous Next
Bağla

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023 17:58
Ölkəmizdə neçə provayder internet xidməti göstərir?
"Azərbaycanda fəaliyyət göstərən provayderlərin sayı haqqında dəqiq məlumat heç yerdə yoxdur. Bizim müşahidələrimiz göstərir ki, ölkəmizdə təxminən 90 -dan çox provayder fəaliyyət göstərir. Bunların içərisində 2 magistral(backbone) provayder, 2 dövlət provayderi, 3 mobil internet provayderi və 80-dən çox ikinci səviyyəli provayderlər var. Hansı ki , onlar da ADSL, GPON, LTE, kabel, mobil və digər fiber-optik texnologiyalar üzərindən xidmət göstərirlər".
 
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.
 
Onun sözlərinə görə, provayderlərin sayı son bir-iki ildə, onlar üçün daha münbit şərait yaradılandan sonra kəskin artıb.
 
"Belə demək mümkünsə, lisenziyalaşdırılmayan bir xidmət sahəsi olduğundan, kimsə bir şirkət qeydiyyatdan keçirir, magistral provayderdən -ya "DeltaTelekom"-dan, yaxud da "Azertelecom"dan müqavilə bağlayaraq topdan internet alır və mövcud telekommunikasiya infrastrukturundan maneəsiz istifadə edərək istifadəçilərə satır:
 
"Provayderlərin sayı haqqında dəqiq məlumatı hələlik heç bir yerdən əldə etmək mümkün deyil. Əvvəllər, illər öncə belə bir siyahı, təxminən 50 provayderin siyahısı Nazirliyin saytında olub. Bir neçə il öncə provayderlərin məcburi uçotu ilə bağlı Telekommunikasiya haqqında qanuna dəyişiklik edildi və Nazirlər Kabineti  müvafiq Qaydaları təsdiqlədi. Uçotun aparılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) tapşırıldı. Bundan sonra həmin siyahı Nazirliyin saytından yığışdırıldı.
Adı çəkilən Qaydalar da kifayət qədər bəsit hazırlanıb, provayderdən sadəcə özü haqqında, xidmətləri və əhatə dairəsi haqqında RİNN-ə məlumat vermək tələb edilir.
Müraciət də onlayn formada nəzərdə tutulub".
 
Ekspert xatırladım ki, 2018-ci ildən uçot və qeydiyyat Qaydaları qüvvədə olsa da indiyədək mövcud provayderlərin dəqiq uçotu və siyahısı ortada yoxdur:
 
"Görünür ki, son illərdə RİNN tərəfindən aparılan yumşaq siyasət provayderlərin sayının kəskin artmasına təsir etsə də, eyni zamanda onların uçotdan yayınmasına da səbəb olub. Uçotdan yayınmağın cəriməsi isə 1000-1500 manat müəyyən edilib.
Hələlik belə bir cərimə haqqında da məlumatlar verilməyib. Bildiyim qədər Nazirlik indi belə bir siyahının hazırlanması üzərində işləyir".
 
Osman Gündüz esab edir ki, provayderlər haqqında, onların xidmət göstərdiyi ərazi və xidmətləri haqqında dəqiq və rəsmi məlumatlara ciddi ehtiyac var:
 
"Zaman-zaman sosial mediada onlar haqqında, göstərdikləri xidmətlərin keyfiyyətsizliyi haqqında çoxsaylı şikayətlər müşahidə olunur. Bizə də bununla bağlı çox müraciətlər olur. Provayderlər haqqında məlumatlar istifadəçilər və maraqlı tərəflər üçün həm şikayət və müraciətlər üçün, həm də xidmətlərdən imtina və yeni provayderin və ya yeni xidmətlərin seçimi üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm RİNN tez bir zamanda ölkəmizdə fəaliyyət göstərən bütün provayderlər haqqında uçot işlərini yekunlaşdıracaq və bu siyahını açıqlayacaq".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

Provayderlərin uçotunun aparılması qaydasına dəyişiklik edilib

03-05-2018

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

Provayderin avadanlıqlarına kimlər baxış keçirəcək ?

01-06-2018

İnternet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

07-04-2023

Ekspert: Bir bina bir provayderindir

22-09-2022

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

30 provayderin saytı yoxdur-Ekspert

21-08-2023

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

18-04-2018

Lisenziyasız provayderlər: İnternet buna görə sürünürmüş

11-01-2023

Ekspert: Özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən “oğurlanır“

30-09-2019

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Azərbaycanda hökumət provayderlərlə bağlı dəyişiklik edib

17-09-2018

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

Operator və internet-provayderlərin coğrafi əhatə dairəsini əks etdirən rəqəmsal xəritələr tərtib olunacaq

21-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə