Hakerlərin informasiya oğurluğu klaviatura vasitəsilə baş tuta bilər
Informasiya təhlükəsizliyi üzrə Isveçrə mütəxxəssisləri klaviaturanın düymələri ilə elektormaqnit siqnallarını analiz edən qurğu işləyiblər. Həmin qurğu ilə kompüter istifadəçisinin nə yazdığını müəyyən etmək olur. Siqnalların hesablanması üçün radioantena istifadə olunub. Noutbuk da daxil olmaqla bu üsulla 11 müxtəlif klaviatura testdən keçirilib.
Cəmi dörd təcrübə keçirilib və tədqiqatçıların sözlərinə görə, onlardan biri baş tutub. Bu təcrübə nəticəsində 20 metr uzaqlıqda olanların kompüterdə nə yazdıqlarını bilmək olub.
Informasiya tutulmasının yeni üsulunu Lozannada yerləşən İsveçrə texniki institutunun aspirantları fikirləşiblər. Onlar öz hesabatlarında bildiriblər ki, yeni texnologiya daha da təkmilləşə bilər. Çünki təcrübədə nisbətən ucuz texnikadan istifadə olunub. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, vacib informasiyanı alışdığımız klaviatura ilə ötürmək artıq təhlükəlidir.
Isveçrəlilərin işi Kembric universiteti mütəxxəssislərinin təcrübəsi əsasında həyata keçib. Belə ki, həmin təcrübə daha əvvəl Kembric mütəxxəssisləri tərəfindən keçirilib.