Previous Next
Bağla

Nizami Gəncəvi adına Qızıl Medal Lütfi Zadəyə təqdim edilib

09-09-2016 13:13
Nizami Gəncəvi adına Qızıl Medal  Lütfi Zadəyə təqdim edilib

ABŞ-ın nüfuzlu Berkli Universitetində sentyabrın 7-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunan mərasim keçirilib.

Mərasimdə AMEA-nın qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak ediblər.

Universitetin mühəndislik fakültəsinin dekanı, Lütfi Zadənin yetirməsi olan professor Şankar Sastri görkəmli alimi bu əlamətdar gün münasibətilə təbrik edib, göstərilən diqqətə və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan Respublikasına dərin minnətdarlığını bildirib.

Sonra professor Lütfi Zadənin ana Vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini əks etdirən qısa film göstərilib.

Çıxış edən baş konsul Nəsimi Ağayev bildirib ki, professor Lütfi Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi professor Lütfi Zadəyə daim diqqət göstərdiyini, bu diqqətin nəticəsi kimi 2011-ci ildə qocaman alimin “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayıb.

Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, qızıl medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Professor Lütfi Zadə çıxışında Azərbaycandan kənarda yaşamasına baxmayaraq, Azərbaycanın daim onun qəlbində xüsusi yer tutduğunu bildirib. O, Prezident İlham Əliyevin müdrik rəhbər və istedadlı dövlət xadimi olduğunu vurğulayaraq, ona dərin rəğbət bəslədiyini söyləyib. Qocaman alim bildirib ki, Azərbaycan bu gün nəinki öz regionunda, eləcə də beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu isə hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən düşünülmüş siyasətin və səbatlı dövlət kursunun nəticəsidir. Lütfi Zadə AMEA-nın prezidenti A.Əlizadəyə belə bir medal ilə təltif olunmasına görə təşəkkürünü bildirib.

Tədbirdə professor Lütfi Zadə ilə uzun illər birgə çalışmış, onun elmi-tədqiqat işlərində yaxından iştirak etmiş Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova və Berkli Universitetinin professoru Ceyms Demmel də çıxış ediblər. Onlar dünya şöhrətli alimin elmi araşdırmalarından, bu səpkidə qeyri-səlis çoxluqlar və sistemlər, eləcə də qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıblar.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021
Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026
Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda  konfrans keçirilib

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021
Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017
“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017
Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015
Lütfi Zadənin 95 yaşı tamam olur

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016
Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019
Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018
Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017
Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

04-02-2021
Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

03-02-2021
 Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020
LCD monitorun əsas yaradıcılarından olan Xəlil Kələntərlə görüş keçirilib

LCD monitorun əsas yaradıcılarından olan Xəlil Kələntərlə görüş keçirilib

08-10-2021
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

06-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə