Previous Next
Bağla

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026 20:58
Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

Bu gün dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, professor Lütfi Zadənin anadan olmasının 105-ci ili tamam olur.

Xeberler.az bildirir ki, Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulmuşdur.

Prof. L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində çalışmış, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir. Professor həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. L.Zadə AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunmuşdu.

O, Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi.

Prof. Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq Azərbaycana gətirilib və birinci Fəxri xiyabanda dəfn edilib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017
Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018
Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019
Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025
Lütfi Zadənin 95 yaşı tamam olur

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008
NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021
Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015
Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

04-02-2021
Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016
Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017
Nizami Gəncəvi adına Qızıl Medal  Lütfi Zadəyə təqdim edilib

Nizami Gəncəvi adına Qızıl Medal Lütfi Zadəyə təqdim edilib

09-09-2016
“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda  konfrans keçirilib

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

03-02-2021
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Dünya daha bir məşhur alimi itirdi

Dünya daha bir məşhur alimi itirdi

14-03-2018
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021
 Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017
Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020
NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

08-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə