Previous Next
Bağla

Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

04-02-2018 10:25
Dünya şöhrətli alim Lütfi Zadənin doğum günüdür

Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, AMEA-nın fəxri üzvü, AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru Lütfi Zadənin anadan olmasından 97 yaşı il ötür.

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulmuşdur.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində çalışmış, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik etmişdir. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılmış, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilmiş, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılmışdır. 

L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. 

Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. L.Zadə AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunmuşdu.

Lütfi Zadənin zəngin  elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilmiş, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi  xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdir.

AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixdə keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunmuşdur. 

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. 

O, NASA və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. 

L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü idi. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi.  Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilmişdir. 

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da  96 yaşında vəfat edib. Alim I Fəxri xiyabanda torpağa tapşırılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anım günüdür

06-09-2019
Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

Dünya şöhrətli azərbaycanlı alim vəfat edib

07-09-2017
Lütfi Zadənin 95 yaşı tamam olur

Lütfi Zadənin 95 yaşı tamam olur

04-02-2016
Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

Azərbaycanlı alim Lütfi Zadənin vəfatından 8 il ötür

06-09-2025
Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

Dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasından 105 il keçir

04-02-2026
Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015
NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

NRYTN-nin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad ediblər

04-02-2021
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008
Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

Lütfi Zadənin xatirəsinə həsr olunmuş elmi seminar keçirilib

30-11-2017
Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

Dünya şöhrətli alim Lütfi Zadə RYTN-nə məktub göndərib

04-06-2016
“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda  konfrans keçirilib

“Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri” mövzusunda konfrans keçirilib

12-04-2021
Nizami Gəncəvi adına Qızıl Medal  Lütfi Zadəyə təqdim edilib

Nizami Gəncəvi adına Qızıl Medal Lütfi Zadəyə təqdim edilib

09-09-2016
“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Lütfi Zadənin 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

04-02-2021
Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub

03-02-2021
 Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017
Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26-02-2020
Dünya daha bir məşhur alimi itirdi

Dünya daha bir məşhur alimi itirdi

14-03-2018
Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

08-03-2021
Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

Dünya səviyyəli ekspertlər ölkəmizə gəlir – Qlobal texnologiya tədbirlərindən biri ilk dəfə Bakıda!

22-09-2024
NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

NRYTN-in dəstəyi ilə koronavirusa qarşı yeni nəşr həsr edilib

08-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə